“Sicilia Journal”: “Bakı tarixi simasını qoruyaraq, çağdaş elementləri özündə əks etdirir”
Tarix: 26.10.2015 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


İtaliyanın “Sicilia Journal” onlayn jurnalında Azərbaycanın Siciliya və Kalabriya bölgələrinə yeni təyin olunmuş fəxri konsulu Dominik Kokonun müsahibəsi yerləşdirilib. Müsahibəsində Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşən D.Koko özünü bu ölkədə evindəki kimi hiss etdiyi deyib. Bildirib ki, Azərbaycanın iqtisadi və mədəni potensialını öyrənmək üçün bu ölkəyə səfər etməyə dəyər.
Azərbaycan ilə Siciliya bölgəsi arasında bir sıra oxşar cəhətlərin olduğunu deyən fəxri konsul son illər Bakının bir sıra mötəbər tədbirlərə ev sahibliyi etdiyini xüsusi vurğulayıb. Bildirib ki, bu sırada ilk Avropa Oyunlarını, gələn il təşkili nəzərdə tutulan Formula 1 (F1) üzrə Avropa Qran-pri yarışlarını qeyd etmək olar.
D.Koko bildirib ki, ənənələrlə innovasiyanın qovuşduğu Bakıda xeyli sayda İtaliya şirkətləri fəaliyyət göstərir. Sürətlə dəyişən bu şəhər öz tarixi simasını qoruyaraq, çağdaş elementləri özündə əks etdirir. O, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Heydər Əliyev Mərkəzinin onda böyük təəssürat yaratdığını bildirib.
Ölkələrimiz arasında əlaqələrə toxunan D.Koko diqqətə çatdırıb ki, xüsusilə TAP layihəsinin reallaşması ilə Azərbaycanın Avropa, o cümlədən İtaliya ilə əlaqələri daha genişlənəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info