“Gənclərin parlament seçkiləri ilə bağlı maarifləndirilməsi” layihəsi başa çatıb
Tarix: 26.10.2015 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi "Gənclərin parlament seçkiləri ilə bağlı maarifləndirilməsi" layihəsi çərçivəsində 19 oktyabr 2015 – ci ildə Qəbələ, 20 oktyabr 2015 – ci ildə Oğuz, 21 oktyabr 2015 – ci ildə Şəki, 22 oktyabr 2015 – ci ildə Qax, 23 oktyabr 2015 – ci ildə Zaqatala və 24 oktyabr 2015 – ci ildə Balakən rayonlarında gənc seçicilər üçün 6 geniş seminar təşkil edib. Seminarlarda Azərbaycan Respublikasında seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, seçki məcəlləsi, seçki məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət, seçkilərin nəticələri, protokolların tərtibatı haqqında məlumat verilib.
Seçki haqda qeyd olunan məlumatların uzun müddət yaddaşlarda qalması, seçki prosesini tam mənimsəmək üçün seminar interaktiv oyunlarla davam etdirilib. Gənclər, namizədliyin qeydə alınması, seçki komissiyasının işi, səsvermə prosesi, səslərin sayılması, müşahidəçilik, protokollaşdırılma, exit-pol və s. seçki mərhələlərini əyani göstərən "seçki imitasiyası" oyununda iştirak ediblər.
Ümumilikdə 600 – dən çox gəncin parlament seçkiləri ilə bağlı məlumatlandırıldığı təlimlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş, bu müsbət qiymətləndirmələr sosial şəbəkələrdə geniş paylaşılıb və böyük rezonans doğurub.
Seminar iştirakçılarına layihə çərçivəsində çap olunmuş kitabça, buklet, cib təqvimi və seçki şüarı əks olunmuş köynək və papaq dəsti paylanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info