“Azərbaycan demokratiyanın, stabilliyin və uğurlu xarici siyasətin bariz nümunəsidir”
Tarix: 26.10.2015 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


“Azərbaycan demokratiyanın, stabilliyin və uğurlu xarici siyasətin bariz nümunəsidir”. Bu fikirləri “Seçki-2015.az” saytına açıqlamasında İsrailin keçmiş xarici işlər naziri, “Naş dom- İzrail” partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman deyib. O bildirib ki, müəyyən dövlətlər bu uğurlu siyasət xəttini görmək və qəbul etmək istəmirlər.
Onun sözlərinə görə, Azərbaycanda bütün hüquqlar təmin olunub: “Ölkənizə qarşı seçki qabağı təzyiq ikili standartlardan irəli gəlir”.
Aviqdor Liberman qeyd edib ki, İsrail dövləti də daim ikili standartlarla üzləşir və bu baxımdan da Azərbaycanın vəziyyətini yaxşı başa düşür:
“Hazırda bir çox dövlətlər Azərbaycana “başağrısı” yaratmaq niyyətindədirlər. Amma əminəm ki, Azərbaycanın müdrik və uğurlu xarici siyasət xətti buna imkan verməyəcək. Çox yaxın zamanda Azərbaycana gələcəyik”.
İsrailin keçmiş xarici işlər naziri Azərbaycanda keçiriləcək parlament seçkilərinin beynəlxalq tələblərə uyğun keçiriləcəyinə əminliyini bildirib.
O deyib ki, əhali parlament seçkilərində sərbəst seçimini edəcək və bu seçkilərin nəticəsi Azərbaycanı tənqid edən bəzi qüvvələr üçün yaxşı dərs olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info