Ukraynalı professorlar Azərbaycan haqqında danışıblar
Tarix: 26.10.2015 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Ukrayna Dövlət Beynəlxalq Ticarət və Maliyyə Universitetdə bu il Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatı tərəfindən açılmış Azərbaycan Mərkəzində “Ukrayna və Azərbaycan əlaqələrinin dünəni və bu günü” adlı tədbir keçirilib. Tədbir Azərbaycan və Ukrayna dövlət himnlərinin səslənməsi ilə açıq elan edilib.
Tədbirin aparıcısı Ukrayna Dövlət BTMU –nun Beynəlxalq Əlaqələr və Hüquq Kafedrasının dekanı professor Vasil Markoviç tədbiri giriş sözü ilə açaraq, Azərbaycan və Ukrayna arasında tarixi əlaqələr olduğunu vurğulayıb. O qeyd edib ki, bu əlaqələrin daha da yüksək səviyyəyə çatmasında Azərbaycanın qurucusu sayılan keçmiş prezidenti Heydər Əliyevin böyük əmiyi var.
Tədbirdə qonaq qismində iştirak edən Ukrayna Dövlət Beynəlxalq Ticarət və Maliyyə Universitetinin prorektoru İqor Yuriyoviç Qujva çıxış edərək bu tədbirdə iştirak etməyin onun üçün xoş olduğunu bildirib. İqor Yuriyeviç qeyd edib ki, Azərbaycanı və Heydər Əliyevi bir-birindən ayırmaq olmaz. Çünki Heydər Əliyev Azərbaycanın istər SSSR – nin tərkibində, istərsə də müstəqillik qazandıqdan sonra ən uğurlu və qurucu rəhbəri olub. Belə şəxsiyyətlər hər zaman tarixdə rəhbəri olduqları dövlət yaşadıqca yaşayırlar. Çıxışının sonunda Azərbaycanlı tələbələrə və ASGA Ukrayna Nümayəndəliyinə belə bir tədbir təşkil etdikləri üçün təşəkkürünü bildirib, Ukraynada yaşayan bütün azərbaycanlıları Müstəqillik Günü münasibəti ilə təbrik edib.
Tədbirin təşkilatçısı qismində iştirak edən ASGA Ukrayna Nümayəndəliyinin rəhbəri Xəzri Abdullayev çıxışına əvvəlcə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi haqqında məlumat verməklə başlayıb. O, Azərbaycan Demokratik Respublikası və müstəqilliyimizin bərpasından sonra hər iki dövlət və xalqın arasında yüksək səviyyəli əlaqələrin olduğunu, bu gün isə daha da yüksək səviyyədə münasibətlərimizin inkişaf etdiyini bildirdi. ADR dövründə Yusif Vəzir Çəmənzəminli kimi böyük şəxsiyyəti dahi öndər Məmməd Əmin Rəsulzadə tərəfindən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri olaraq Ukraynaya göndərilməsi və yeni tariximizdə ümummili liderin Ukraynanın eks-prezidenti Lionid Kuçma ilə şəxsi dostluğu iki dövlət arasında münasibətlərin hansı səviyyədə olduğunun göstəricisidir. O, bu gün və sabah da əlaqələrimiz düzgün və doğru xarici siyasət yeridən Prezident İlham Əliyev tərəfindən davam edəcəyini bildirib. Xəzri Abdullayev tədbirin keçirilməsində göstərdikləri köməyə görə Ukrayna Dövlət Beynəlxalq Ticarət və Maliyyə Universitetinin rektoru Viktor Demidoviç başda olmaqla tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib. Azərbaycanlı tələbələri Müstəqillik günü münasibəti ilə təbrik edən ASGA Ukrayna Nümayəndəliyinin rəhbəri onlara təhsillərində uğurlar arzulayıb. “Ukrayna və Azərbaycan əlaqələrinin dünəni və bu günü” adlı tədbirdə ardıcıllıqla Ukrayna Dövlət BTMU –nun Beynəlxalq Əlaqələr və Hüquq Kafedrasının professor və müəllimləri Vasil Şamray Oleksandroviç, Gülnaz Lazko, Oksana Nesteronko və digərləri çıxış edərək Azərbaycan və Ukrayna əlaqələri və bu əlaqələrin bu gün və sabah inkişaf potensialı haqqında çıxış ediblər. Sonda Universitetin Hüquq fakültəsinin tələbələri Elnur İbadov və Günel İsrafilzadə Azərbaycan tarixi və bu günü haqqında video təqdimatla çıxış ediblər. Onlar ukraynalı müəllimlərinə Xocalı və 20 Yanvar soyqırımları haqqında, ümummilli liderin hakimiyyətə gəlişi və Azərbaycanda Heydər Əliyevin start verdiyi milli ordunun yaradılması haqqında danışıblar. Sonda tədbir iştirakçıları Azərbaycan və Ukrayna bayraqları ilə kollektiv şəkil çəkdiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info