“Bu seçkilər Azərbaycanın gələcək demokratik inkişaf prosesinə öz töhfəsini verəcək”
Tarix: 26.10.2015 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


“Azərbaycanda parlament seçkilərinin ədalətli və şəffaf keçiriləcəyinə inanıram. Düşünürəm ki, seçkilərin demokratik şəraitdə baş tutmasında hakimiyyət çox maraqlıdır. Ölkənizdə aparılan seçki prosesində yaxın dostlarım da iştirak edir və onlar mənə söyləyir ki, Azərbaycanda həyata keçirilən imzatoplama kampaniyası, namizədlərin qeydiyyata alınması prosesi, təbliğat-təşviqat kampaniyası demokratik ölkələrdə olan prosedurlardan fərqlənmir”. Bu fikirləri “Seçki-2015.az” saytına açıqlamasında İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut bildirib.
Parlament seçkilərində Azərbaycan xalqının özünün layiq oğul və qızlarını seçəcəyinə əminliyini bildirən A.Qut deyib: “Aydındır ki, parlamentə yeni insanların, cavan və peşəkar deputatların seçilməsinə ehtiyac var. Ümid edirəm seçkilərdə bu, ehtiva olunacaq. Bu seçkilər Azərbaycanın gələcək demokratik inkişaf prosesinə önəmli töhfəsini verəcək”.
Arye Qut bəzi xarici dairələrin indidən bu seçkilərə qara yaxmaq istəyinə də münasibət bildirib. O, təəssüflə qeyd edib ki, bu gün həm Avropada olan xarici siyasət strukturlarının, həm də Amerika administrasiyasının Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda dəqiq və ölçülüb-biçilmiş xarici siyasət strategiyası yoxdur.
Ekspertin sözlərinə görə, Amerika və Avropanın bəzi ölkələrə “demokratiya və insan hüquqlarına hörmət” gətirməli olan hərbi müdaxilə layihələrinin əksəriyyətinə nəzər yetirilsə, həmin layihələrin bu dövlətlərə və xalqlara böyük mənəvi və maddi ziyan vurduğunun, onları tamamilə iflasa uğratdığının şahidi oluruq.
O deyib: “Avropalıların və amerikalıların guya demokratik rejimlər qurmağa cəhd göstərdiyi hər yerdə - Əfqanıstanda, İraqda, Liviyada, Suriyada bu cəhdlər tam siyasi fiaskoya uğrayıb. Yüz minlərlə insanın əzab-əziyyətinə, həlak olmasına, son nəticədə milyonlarla qaçqının yaranmasına gətirib çıxarıb. Əlbəttə, Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham etmək riyakarlıq, nəzakətsizlik və ləyaqətsizlikdir. Çünki bu ölkə 24 ildən artıqdır ki, Ermənistanın təcavüzündən əziyyət çəkir, bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib və bir milyondan çox insan bu ərazilərdən qovulub. Məgər Avropa Parlamenti bunu bilmir? Bəlkə özünü bilməməzliyə vurur? Bəlkə avropalılar elə hesab edirlər ki, öz torpaqlarından qovulmuş bir milyon azərbaycanlı qaçqının insan hüquqları yoxdur? Onlar nə üçün erməni silahlıları tərəfindən ələ keçirilmiş və indiyə qədər ermənilərin əlində dəhşətli və qeyri-insani şəraitdə girov saxlanılan 4000-dən çox dinc azərbaycanlının taleyi və insan hüquqları ilə n maraqlanmırlar? Düşünürəm ki, Azərbaycan bu vəziyyətdə öz uğurlu düşünulmüş yolunu davam etdirməlidir. Postsovet Azərbaycanı zəif və asılı geosiyasi subyekt olmadığını, Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynadığını sübut edə bilib. Azərbaycanın məsələlərə praqmatik yanaşması, öz qonşuları ilə konstruktiv münasibətləri, Azərbaycan cəmiyyətinə xas olan multikulturalizm və tolerantlıq, dünyanın bir sıra başqa hissələri ilə müqayisədə diplomatiyanın mürəkkəb olduğu regionda ölkənin uğurla inkişaf etməsində mühüm rol oynayır”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info