Azərbaycan alimi “G20” çərçivəsində keçirilən tədbirlərə qatılacaq
Tarix: 26.10.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Böyük İyirmiliyin (G20) Zirvə Toplantısı bu il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində təşkil ediləcək. G20-ə 2015-ci ildə ev sahibliyi edən Türkiyə, qonaq ölkə kimi Azərbaycanı da toplantıya dəvət edib. Tədbirdə 20-dən artıq ölkə Prezidentlərinin sədrlik etdiyi nümayəndə heyətləri iştirak edəcək. Toplantı daxilində eyni zamanda T20 (Beyin iyirmilik) tədbirinin təşkil edilməsi nəzərdə tutulur. Tədbirdə Azərbaycanın ekspert cəmiyyətini İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov təmsil edəcək. Vüqar Bayramov bildirib ki, sözügedən toplantıda dünyanın aparıcı ölkələrini təmsil edən beyin mərkəzlərinin rəhbərləri iştirak edəcək. Nümayəndə heyətlərinin Beyin İyirmiliyinin tədbirində iştirakla yanaşı G20 çərçivəsində keçirilən bir sıra tədbirlərə qatılmaq imkanı da olacaq. Tədbirdə eyni zamanda Azərbaycan Prezidentı Yanında Strateji Araşdırmalar Mərkəzi iştirak edəcək. İqtisadçı alim deyib ki, tədbir çərçivəsində qlobal innovasiya, dayanıqlı sənayeləşmədə yeni texnologiyaların rolu, qlobal maliyyə tənizmləmələri və s. qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək. Tədbirdə eyni zamanda qlobal beyin mərkəzlərinin gələcək fəaliyyətlərinin koordinasiyası ilə bağlı yeni platformanın hazırlanması və inkişaf etdirilməsi gözlənilir. Qeyd edək ki, iqtisadçı alimin tədbirdə iştirakı Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info