“Göyçay İnkişaf Mərkəzi” “Gələcəyini planlaşdır və qur” adlı layihənin icrasına başlayıb
Tarix: 26.10.2015 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi (GİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gələcəyini planlaşdır və qur” adlı layihənin həyata keçirilməsinə start verib. Layihənin məqsədi Göyçay rayonunda seçilmiş gənclərin məşğulluq məsələlərinin həll olunmasına yardım göstərməkdən ibarətdir. Layihə gənclərin işsizlik probleminin həll olunması, onların peşə bacarıqlarının artırılmasını və məşğulluğunun təmin olunması ilə bağlı fəaliyyətləri nəzərdə tutur. Layihənin ilkin mərhələsində gənclər arasında arasında sosioloji sorğu keçirilmiş və gənclərin seçimi aparılıb. Seçilmiş 40 nəfər gənc üçün növbəti mərhələdə karyera planlaşdırılması mövzusunda təlim və seminarlar keçiriləcək. Bununla yanaşı gənclərə iş axtarmağın metodları ilə bağlı ətraflı məlumatlar veriləcək, onlarla praktiki işlər aparılacaq, karyeralarını planşadırmağa və iş tapmağa köməklik göstəriləcək. Layihə çərçivəsində həmçinin peşəyönümlü istiqamətdə maarfləndirmə işləri aparılacaq, peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması, gənclər üçün dövlət və özəl müəssisələrinə öyrənmə səfərləri təşkil edilməsi təmin ediləcək. Həyata keçiriləcək fəaliyyətlər sayəsində Göyçay rayonda gənclərin məşğulluq imkanlarının artırılmasına və onların Göyçay Regional Peşə tədris mərkəzində peşə təhsili üzrə kurslara cəlb olunmasına köməklik göstəriləcək. Layihənin həyata keçirilməsi, gənclərin boş iş yerləri barədə məlumatların əldə etməsinə, gənclərin özünə olan inamının artmasına və gənclər arasında işsizlik probleminin qisməndə olsa həll olunmasına öz köməkliyini göstərəcək.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Evimizi yanğından necə qoruyaq?
23.07.2019
“Bakcell“ sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir
23.07.2019
Komitə sədri vətəndaşları qəbul edəcək
23.07.2019
Bakıda icazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib
23.07.2019
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info