“AtaSığorta” jurnalistlər arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirdi
Tarix: 26.10.2015 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Azərbaycanın sığorta bazarının qabaqcıl şirkətlərindən biri olan “AtaSığorta” ASC maraqlı aksiya təşkil edib. “Excelsior Hotel & Spa Baku” hotelində KİV nümayəndələri arasında “Nə? Harada? Nə vaxt?” oyunu keçirilmişdir. Oyun “Game TV”-nin təşkilatçılığı ilə təşkil edilmişdi. Münsiflər heyətini “AtaHolding” ASC Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, “AtaSığorta” ASC Marketinq və Kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev, “Sbuket” şirkətinin nümayəndəsi Ayxan Nəsibli, “Caspian Coast” şirkətinin nümayəndəsi Rufiq Allahverdiyev təmsil edirdilər.
İntellektual yarışın açılışında çıxış edən Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova “Nə? Harada? Nə vaxt?” oyununun iştirakçılarına uğurlar arzuladı. “AtaSığorta” ASC İdarə Heyətinin sədr müavini Orxan Məmmədov qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd əməkdaşlıq etdiyimiz KİV nümayəndələi ilə qeyri-rəsmi atmosferada ünsiyyət yaratmaqdır. Bundan başqa, intellektual səviyyəni nümayiş etdirmək üçün əla imkandır. Oyunun sonunda, hər bir jurnalist yarışın təşkilatçılığı və yarışla bağlı öz təəssüratlarını bildirdi. Ümumi rəy turnirin yaxşı təşkil edilməsinə gətirildi və hamı dəvət üçün təşəkkür etdi. “Nə? Harada? Nə vaxt?” oyununun komanda qaliblərinə və iştirakçılarına sertifikat və "AtaSığorta” ASC, “Caspian Coast” və «Sbuket» şirkətlərindən xatirə hədiyyələri verildi.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 14,6 milyon manat məcmu kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info