“Sərhədçi” çövkən oyunu üzrə Azərbaycan çempionatının qalibidir
Tarix: 26.10.2015 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Oktyabrın 24-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Çempionatda bürünc medal uğrunda görüşdə “Qarabağ Ağdam” və “Ağstafa” komandaları üz-üzə gəlib. “Qarabağ Ağdam” komandasının qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirən “Ağstafa” komandasının üzvü komandasının minimal hesablı qələbəsini təmin edib – 1:0. Bu qələbə sayəsində “Ağstafa” komandası Azərbaycan çempionatının bürünc medalına sahib olub.
Çempionatın finalında isə “Polad” və “Sərhədçi” komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Sərhədçi” komandası 4:2 hesabı ilə qalib gələrək Azərbaycan çempionu adını qazanıb. “Sərhədçi” komandasının heyətində Rauf Tahirov, Rəşad Həsənov, Samir Pirimov, Elçin Camallı və Tərlan Qurbanəliyev mübarizə aparıblar.
Kuboku qalib komandaya Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.
Mükafatlandırma mərasimindən sonra dövlət himni səsləndirilib və ölkə çempionatına yekun vurulub.
Ümumi mükafat fondu 50 min manat olan Azərbaycan çempionatının keçirilməsində məqsəd ölkənin qədim atüstü milli oyunlarının kütləviliyinin artırılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info