“Gürcüstanla müqayisədə Azərbaycan daha müstəqil xarici siyasət aparır”
Tarix: 26.10.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Quram Marxuliya: “Gürcü cəmiyyəti Azərbaycandakı seçki prosesini yaxından izləyir”

"Qafqaz beynəlxalq geotarix və geosiyasi araşdırma mərkəzi" assosiasiyasının prezidenti, tarix elmlər doktoru, professor Quram Marxuliyanın “Secki-2015.az” saytına müsahibəs:i
- Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Sizcə, seçkilərdə kim qalib gələcək və bu proses Azərbaycan-Gürcüstan əlaqələrinə təsir edə bilərmi?
- Siyasət cəmiyyətin həyatının bütün sahələrinə nüfuz edən sahə olmaqla yanaşı, inkişaf mexanizmləri daim təkmilləşir. Bu kontekstdən çıxış etdikdə, siyasi səhnədə obyekt və subyektlərin nisbəti daim dəyişir. Biz düşünür ki, Azərbaycanda keçiriləcək parlament seçkilərində müxalif partiyalardan da deputat kürsüsünü qazananlar olacaq. Amma ümumilikdə bu siyasi prosesdə Yeni Azərbaycan Partiyası qalib gələcək. O ki qaldı Azərbaycan-Gürcüstan münasibətlərinə, seçkinin nəticəsindən asılı olmayaraq iki ölkə arasında əlaqələr dəyişməz qalacaq. Çünki, hər 2 dövlət regionda geosiyasi müttəfiqdir və bu əlaqələr yalnız möhkəmlənə bilər.
Azərbaycanın geosiyasi perspektivi, onun coğrafi mövqeyi, Avrasiya missiyası və mədəni dəyərləri ilə bağlıdır. Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpa edilməsi və daimi olaraq möhkəmlənməsi dövlətin qarşısında geosiyasi tələbdir. Gürcüstanla müqayisədə Azərbaycan daha müstəqil xarici siyasət aparır. Ölkənin iqtisadi və siyasi gücü daha tələbkar davranmağa imkan verir. Buna nümunə olaraq Bakının Avropanın təzyiqlərinə olan cavabını göstərə bilərik. Bu, bir daha sübut etdi ki, Azərbaycan Avropanın ikili standartlar siyasətinə dözmək niyyətində deyil. Əgər yeni tərkibdə formalaşan parlament geosiyasi kursunu dəyişsə, buna təəccüblənmək lazım deyil. Lakin Gürcüstan-Azərbaycan münasibətləri hər zaman strateji əhəmiyyətini qoruyub saxlayacaq və yalnız müsbət yöndə inkişaf edəcək.
- Qanunverici hakimiyyətin ikitərəfli münasibətlərin inkişafında nə kimi rolu var?
- İki qardaş ölkənin qanunverici hakimiyyətləri arasında çox məhsuldar əlaqələr mövcuddur. Hər iki ölkənin parlamentləri arasında iqtisadi və siyasi əlaqələrə dair bir sıra bəyanatlar imzalanıb. Bir müddət əvvəl “Gömrük sahəsində əməkdaşlığın əsasları” və “Dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq” barədə sazişlər imzalanıb. Parlamentlər arasında imzalanan sazişlər enerji, nəqliyyat, İKT sahələrində ikitərəfli əlaqələrin və qarşılıqlı əməkdaşlığın əsas prioritetlərini müəyyən edir.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan parlamentləri arasında “İki ölkə arasında qanunların uyğunlaşdırılması” haqqında saziş imzalanıb. Bununla da hər iki ölkə daxilində qarşılıqlı münasibətlərin inkişafına mane olan hallar aradan qaldırılacaq. Geosiyasi müttəfiqlər beynəlxalq əlaqələrdə bir-birinin maraqlarına uyğun hərəkət edirlər.
- Gürcüstan cəmiyyəti Azərbaycandakı parlament seçkiləri barədə nə dərəcədə məlumatlıdırlar?
- Gürcüstan cəmiyyəti Azərbaycan haqqında kifayət qədər məlumatlıdır. Bizim cəmiyyət istər ölkənizdə keçiriləcək seçkilər, istərsə də digər sahələrlə bağlı prosesləri yaxından izləyir, onlara maraq göstərirlər. Təbii ki, bu da ölkələr arasında coğrafi yaxınlıqla bağlıdır. Hər gün gürcü mətbuatında Azərbaycanla bağlı çoxsaylı xəbərlər yayılır. Bu da təəccüblü deyil. Hər iki ölkə müvəqqəti olaraq tarixi ərazilərinin 20 faizini itirib. Bu da onları birləşdirən əsas məqamlardan biridir.
- Çox təəssüf ki, Azərbaycanda seçki keçiriləndə xaricdəki erməni lobbisi qarayaxma cəhdlərinə başlayır. Bu haqda nə deyə bilərsiniz?
- Burada təəccüblü heç nə yoxdur. Çünki erməni “başbilənlərinin” siyasi mədəniyyəti elə bura qədərdir. Bütün seçkilərdə olduğu kimi bu dəfə də çox güman ki, qarayaxma cəhdləri olacaq. Hər kəsə məlumdur ki, Ermənistanda vətəndaş cəmiyyəti təşəkkül tapmayıb və erməni lobbisi Azərbaycanda bunun bərqərar olmasını həzm edə bilmir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info