Zaqatalada Yaponiya hökumətinin dəstəyi ilə yeni layihə həyata keçiriləcək
Tarix: 09.02.2013 | Saat: 01:56:00 | E-mail | Çapa göndər


Fevralın 8-də Zaqatala Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçiriləcək “Zaqatala rayonunun Qəbizdərə və Lahıc kəndlərinin içməli su təchizatının təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Mərasimdə iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe və Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbirdən əvvəl layihə ilə bağlı ilkin hazırlıq işləri ilə yerində tanış olmaq məqsədilə Qəbizdərə və Lahıc kəndlərində olub, sakinlərlə görüşüblər.
Mərasimdə qeyd olunub ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Zaqatala Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 6 ildir uğurla davam edir. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Zaqatala rayonunda təhsil, səhiyyə və ekologiya sahələrini əhatə edən 4 layihə reallaşıb.
Bu dəfə imzalanacaq layihə sayca beşincidir. Səfir Şusuke Vatanabe ötən ilin mayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən zəlzələ bölgəsində, o cümlədən Zaqatala rayonunda böyük işlərin görüldüyünü xüsusi vurğulayıb. Səfir gələcəkdə zəlzələdən zərər çəkmiş ərazilərdə səhiyyə və təhsil sahələri ilə də bağlı layihələrin həyata keçirilməsi üçün müvafiq işlərin görüləcəyini bildirib. Bildirilib ki, imzalanan layihənin əsas məqsədi hər iki kəndin içməli su təchizatını yaxşılaşdırmaqdır. Layihədən 3 min nəfərdən artıq sakin faydalanacaq. Layihənin ümumi məbləği 123 min 403 ABŞ dollarıdır. Sonra səfir Şusuke Vatanabe və “Azərbaycan icma inkişafı, tədqiqat, təlim və resurs mərkəzi”nin icraçı direktoru Yasin Dadaşov yeni layihəni imzalayıblar.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info