Seçkiləri 53 ölkədən müşahidəçilər izləyəcək
Tarix: 26.10.2015 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


“Hazırda Mərkəzi Seçki Komissiyasında 465 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 36 beynəlxalq qurumu təmsil edirlər”. B sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Secki2015.az" saytına açıqlamasında deyib. MSK sədri bildirib ki, seçkiləri ümumilikdə 53 ölkəni təmsil edən müşahidəçi missiyaları izləyəcək: “Bunlara Avropa Şurası Parlament Assambleyası (AŞPA), Müstəqil Dövlətlər Birliyi (MDB), Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QİƏT PA), Avstraliya, İtaliya, Bolqarıstan, Litva, Latviya parlamentləri, Böyük Britaniya Lordlar palatası, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətlərinin rəhbərləri, Avropa Seçki Müşahidə Akademiyası, GÜAM, Amerika siyasi monitorinq mərkəzi və digər mötəbər qurumlardan olan nümayəndə heyətləri daxildirlər. Bir sözlə, müşahidəçilərin coğrafiyası çox genişdir. Bu baxımdan müşahidəçilərin sayı və miqyası ötən seçkilərdən müsbət istiqamətdə fərqlənir”.
M.Pənahov vurğulayıb ki, xarici müşahidəçilərin böyük əksəriyyəti seçki prosesində təcrübəsi olan şəxslərdir: “Müstəqil şəkildə dairə seçki komissiyalarına müraciət edib müşahidə aparmaq istəyənlərin isə sayı 55 mini keçib. Azərbaycanlı müşahidəçilərin böyük əksəriyyəti siyasi partiyaların nümayəndələridir”.
M.Pənahov əlavə edib ki, akkreditasiya olunanların sayına istinad olunsa, hazırda 1 seçki məntəqəsinə təxminən 10 müşahidəçi düşür, bu isə kifayət qədər böyük rəqəmdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22.05.2019
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
22.05.2019
Prezident Mərkəzi Parkın açılışında iştirak edib
22.05.2019
Ərdoğan: “Azərbaycanın qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir”
22.05.2019
Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info