İşaxtaran və işsiz vətəndaşların məşğulluğu sahəsində görülən işlər müzakirə edilib
Tarix: 26.10.2015 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikada işaxtaran və işsiz vətəndaşların səmərəli məşğulluğunun təminatı məqsədilə cari ilin 9 ayı ərzində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib. İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizin dinamik sosial-iqtisadi inkişafından bəhs edib. Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin mühüm uğurlarından biri kimi, son 12 ildə respublikamızda 1,4 milyonadək, cari ilin 9 ayında 87 min iş yerinin açılıb, əmək bazarında sabitliyə və işsizlik səviyyəsinin 4,9 faizə enməsinə nail olunub. Uğurlu iqtisadi islahatlar, xüsusən sahibkarlığın inkişafına davamlı dövlət dəstəyi ölkədə qeyri-neft sektorunun getdikcə genişlənməsinə, yeni iş yerlərinin açılmasına və nəticə etibarilə əmək ehtiyatlarından dolğun şəkildə istifadəyə şərait yaradıb: “Dövlət Məşğulluq Xidmətinin əsas fəaliyyət prinsipi də əmək bazarında yaranmış imkanlardan düzgün istifadə edilməklə və işəgötürənlərlə fəal əməkdaşlıq şəraitində aktiv məşğulluq tədbirlərinin daha səmərəli təşkil olunması, dövlət məşğulluq strategiyasının icrasının uğurla yerinə yetirilməsidir. 2015-ci ilin ötən dövründə də bu istiqamətdə işlər aparılıb, işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, o cümlədən gənclərin, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi və s. sahələrdə məqsədyönlü tədbirlər həyata keçirilib”.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov bildirib ki, cari ilin 9 ayı ərzində Xidmət tərəfindən ümumilikdə 22470 nəfər işaxtaran və işsiz vətəndaş münasib işlərlə təmin olunub. Məşğulluq orqanlarında qeydiyyata alınan və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz şəxslərdən 1200 nəfərə yaxını idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında ödənişli ictimai işlərə cəlb edilib. Xidmətin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki “Əmək Birjaları” vasitəsilə 3089 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. Bununla yanaşı, qeyd olunan dövrdə 2878 nəfərə işsiz statusu verilib, 3142 nəfərə isə işsizlik müavinəti təyin edilib.
Cari ilin 9 ayında peşə və ixtisası olmadığından münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 2776 nəfər şəxs Xidmət tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Həmin kurslar Xidmətin tabeliyindəki Bakı Regional Peşə Tədris Mərkəzində və Göyçay Regional Peşə Tədrisi Mərkəzində, eyni zamanda ayrı-ayrı müvafiq tədris bazalarında təşkil edilib. Gənclərin düzgün ixtisas seçimi aparmalarına köməklik məqsədilə peşəyönümü tədbirləri davam etdirilib və əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 72857 nəfər vətəndaşa peşəyönümü məsləhətləri verilib.
Bu ilin ötən dövründə Xidmət tərəfindən ölkəmizin bölgələrində keçirilən 54 Əmək yarmarkasında 4119 nəfər işsiz və işaxtaran vətəndaşa boş (vakant) iş yerlərinə göndərişlər verilib.

Qorqud











 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info