Arutyun Mesrobyan: “Ermənistanda ümumiyyətlə, iqtisadi siyasət mövcud deyil”
Tarix: 26.10.2015 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


“Bizim iqtisadi proqramlarımız daha çox arzu və sağlıq toplularına oxşayır”

Ermənistanın “Birinci İnformasiya” media qurumu yazır ki, bu ölkənin heç bir iqtisadi siyasəti yoxdur. Media qurumu bu barədə idarəetmə üzrə mütəxəssis Arutyun Mesrobyanın fikirlərini öyrənib. Mesrobyan deyib: “Ermənistanda ümumiyyətlə, iqtisadi siyasət mövcud deyil. Bizim iqtisadi proqramlarımız daha çox arzu və sağlıq toplularına oxşayır. İstənilən proqramın müəyyən keyfiyyəti olmalıdır, o, bir neçə mərhələyə bölünməlidir, hər bir istiqaməti üzrə ayrıca məmuru olmalıdır ki, cavabdehliyi üzərinə götürsün. Belə məmurlar hər hansı bir situasiyada proqramın bir punktu yerinə yetirilmədiyi halda, başı ilə cavab verməlidir və sair”.
Arutyun Mesrobyan əmindir ki, əgər bu cür proqramlarla bağlı məsuliyyət mexanizmi müəyyənləşdirilməsə, heç nəyi dəyişmək mümkün deyil: “Biz ümumiyyətlə, bilmirik ki, güclə ayaq üstə dayanan bir ölkə istəyirik, yoxsa regionda lider, iqtisadi baxımdan güclü bir ölkə. Bu barədə siyasi baxımdan biz heç nə bilmirik”.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info