AŞPA müşahidə missiyası seçkiləri 30 nəfərlik heyətlə izləyəcək
Tarix: 26.10.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müxtəlif partiyalardan olan 30 nəfərdən ibarət müşahidə missiyası Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək. AŞPA-nın Mətbuat Mərkəzindən “Secki-2015.az” saytına verilən məlumata görə, missiyanın rəhbəri İspaniyadan olan parlamentari Yordi Cukladır.
Müşahidə missiyasının Azərbaycanda Milli Məclisin rəhbərliyi, həmçinin parlamentlərarası dostluq qruplarının rəhbərləri və üzvləri, o cümlədən parlamentdə təmsil olunmayan müxalifət partiya və hərəkat nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Missiya üzvlərinin kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşləri planlaşdırılır. Seçki günü AŞPA dan olan parlamentarilər ölkənin müxtəlif yerlərində səsvermə prosesinin gedişini izləyəcəklər.
Nümayəndə heyətini, həmçinin Venesiya Komissiyasının üzvləri - Avropa Şurasının müstəqil ekspertlərdən ibarət qrupu da müşaiyət edəcək.
Məlumat üçün bildirək ki, seçkiöncəsi nümayəndə heyəti sentyabrın 21-22-də Azərbaycanda səfərdə olub. Onlar ölkəmizdə çoxsaylı görüşlər keçiriblər.
Qeyd edək ki, AŞPA 1974-cü ildən etibarən müxtəlif ölkələrdə 150-yə yaxın seçkini müşahidə edib.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info