Cüdoçumuz dünya birinciliyində bürünc medal qazanıb
Tarix: 26.10.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gənc cüdoçular arasında keçirilən Dünya Çempionatının ikinci günü Azərbaycan idmançıları üçün uğurlu olub. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya birinciliyində yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.
Fələstin, Kosta-Rika, Avstriya və Hollandiya idmançılarını məğlub edən H.Heydərov yarımfinalda Yaponiya cüdoçusu Masaya Asariyə uduzub. Üçüncü yer uğrunda görüşdə kolumbiyalı Xuan Telyoya qalib gələn idmançımız mundialın bürünc medalına sahib çıxıb. Yarışda 73 kiloqram çəki dərəcəsində yarışan milli komandamızın digər üzvü Hüseyn Rəhimli dünya birinciliyində ilk görüşünü Böyük Britaniya cüdoçusu Erik Hamaya qarşı keçirib. Bu görüşdə qələbə qazanan H.Rəhimli sonra avstraliyalı Sem Kinq, sloveniyalı Yan Kozak və qazaxıstanlı Didar Həmzəni də məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə cüdoçumuz Gürcüstan nümayəndəsi Tamazi Kirakozaşviliyə məğlub olub. Bürünc medal uğrunda görüşdə braziliyalı Linkoln Neveslə qarşılaşan Hüseyn Rəhimli rəqibinə uduzaraq beşinci yeri tutub. Qızların yarışında isə Azərbaycan idmançısı Səkinə Zayırova ilk görüşdə mərakeşli İkram Soukateyə yenilərək mübarizəni dayandırıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info