Naftalana gələn xarici turistlərin sayı beş dəfə artıb
Tarix: 26.10.2015 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Son illər xarici turistlərin Naftalana olan marağı xeyli artıb. Dövlət başçısının tapşırığına əsasən şəhərdə turizmin inkişafı üçün əlverişli şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, dünyanın bir çox kurort şəhərləri Naftalanla əlaqə qurmağa çalışır.
Bu barədə Naftalan Şəhər İcra Hakimiyyətində cari ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib. Hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov qeyd edib ki, artıq Fransanın Leql, İtaliyanın Pozitano, Rusiyanın Yessentuki, Polşanın Uneyov şəhərləri ilə əməkdaşlıq əlaqələri qurulub. Hazırda şəhərdə 2000 yeri olan 8 istirahət və sağlamlıq mərkəzi fəaliyyət göstərir. Mükəmməl infrastrukturu olan bu mərkəzlərdəki şərait böyük turizm potensialına malik Naftalanda xarici qonaqların yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır. Həyata keçirilən işlərin nəticəsidir ki, son illər Naftalana müalicəyə və dincəlməyə gələn xarici turistlərin sayı beş dəfə artıb. Cari ilin doqquz ayında Naftalana istirahət və müalicə üçün Rusiya, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdən, ümumilikdə 2200 nəfər xarici turist gəlib. Şəhərə gələn xarici turistlərin sayının artması Naftalanın iqtisadiyyatına da müsbət təsir göstərib.
Yığıncaqda vurğulanıb ki, Naftalanda abadlıq-quruculuq işləri bu gün də davam etdirilir. Hazırda şəhərin ətraf ərazilərinin abadlaşdırılması üçün kompleks tədbirlər görülür. Yeni avtovağzal kompleksinin tikintisi sürətlə aparılır.




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
“Azərişıq” ASC-nin sədri Siyəzəndə vətəndaşları qəbul edəcək
23.01.2020
İçərişəhərdəki “Bakı xanları evi“nin yanında park salınır
23.01.2020
Gəncə Avtomobil Zavodu respublikamızı müasir avtobuslarla və elektrobuslarla təmin etmək gücündədir
23.01.2020
Paytaxtda bəzi yol kəsişmələrində işıqforların fəaliyyətində dəyişikliklər olunub
22.01.2020
Yanvarın 24-də Bakıya mövsümün ilk qarının yağacağı gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
2 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
3 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
4 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
5 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info