“Dünya üçün problemlər yaradan ABŞ onların həllində maraqlı deyil”
Tarix: 26.10.2015 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


“ABŞ-ın Rusiya ilə əməkdaşlıqdan imtina etmək mövqeyi Vaşinqtonun Sovet İttifaqının dağılmasından sonra əldə etdiyi “yeganə qlobal super güc” statusunu itirmək qorxusu ilə bağlıdır”
Amerikalı hərbi ekspert, Prinston Universitetinin professoru Stiven Koen son dövrlər öz açıq fikirləri ilə ABŞ KİV-lərində geniş nüfuz qazanmaqdadır. Onun “ABŞ Putinin beynəlxalq fəaliyyətinə təcrid qoya bilməz”, “Bütün Latın Amerikası ölkələri ABŞ-a rəğmən Rusiya ilə müxtəlif müqavilələr bağlamaq istəyi ilə bu ölkəyə üz tuturlar” kimi fikirlər amerikalı professorun müxtəlif dövrlərdə söylədikləri fikirlərdən nümunələrdir.
Bu günlərdə “The Nation” nəşrində Koen maraqlı bir sualla çıxış edib. Professor sual edir- “Nəyə görə Moskvanın Suriyadakı son uğurlu hərbi əməliyyatları Amerika Birləşmiş Ştatlarında narahatçılıq, isteriya yaradır?”. Suala cavab axtaran professor belə hesab edir ki, ABŞ-ın Rusiya ilə əməkdaşlıqdan imtina etmək mövqeyi Vaşinqtonun Sovet İttifaqının dağılmasından sonra əldə etdiyi “yeganə qlobal super güc” statusunu itirmək qorxusu ilə bağlıdır. Ekspertin fikrincə, Amerika müasir dünyanın çoxqütblülüyünü qəbul etmək istəmir. Bu dövlət dünyadakı mövqeyini qorumaq üçün mümkün olan hər şeyi edir. Koenin iddiasına görə, ABŞ-ın Ukraynadakı böhranın sülh yolu həll edilməsində Fransa, Almaniya və Rusiyaya qoşulmaqdan “qaçması”, həmçinin Vaşinqtonun Rusiya prezidenti ilə birgə Suriya və İraqda “İŞİD” qüvvələrinə qarşı mübarizədən imtina etməsi deyilənlərin sübutudur. Koen fikrilərinin yekunu kimi, ABŞ-ı dünyada yaranmış problemləri həll etməkdə maraqlı olmamaqda, çoxqütblü dünyanın formalaşmasına qarşı çıxış etməkdə ittiham edir. Xatırladaq ki, bir müddət bundan əvvəl də Koen Rusiyanın Suriyadakı fəaliyyətinə dəstək verərək, ABŞ-a bu ölkədə başa verənlərə müşahidəçi qalmamaq və Moskvaya qoşulmasının yaxşı bir variant olması barədə çağırış etmişdi. O, Suriya məsələsində ABŞ-ın üç variantla yol ayrıcında qaldığını və bu variatnlar arasında ABŞ-ın Yaxın Şərq məsələsində Rusiya ilə həmrəylik nümayiş etdirməsini ən optimal variant kimi təklif etmişdi. Koen bunu Obama administrasiyası üçün ən yaxşı seçim kimi təqdim etmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info