İlk dəfə səs verən gənclərin seçki maarifləndirilməsi aparılıb
Tarix: 26.10.2015 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyinin həyata keçirdiyi “Gənc seçici aylığının keçirilməsi (ilk dəfə səs verən gənclərin seçki maarifləndərilməsi)” layihəsi davam edir. Layihənin məqsədi ilk dəfə səs verən gəncləri seçki hüququ sahəsində maarifləndirmək, onlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq və qarşıdan gələn parlament seçkilərində gənc seçicilərin elektoral fəallığını artırmaqdır.
Layihə çərçivəsində 2015-ci il oktyabr ayında gənc seçicilər üçün Bakıda və rayonlarda 9 maarifləndirmə seminarlarının keçirilməsi nəzərdə tutulub. Artıq gənc seçicilərlə Bakıda və Salyanda 5 görüş keçirilib. Gənc seçicilər Azərbaycanda parlamentarizm tarixi, ölkənin siyasi sistemi və demokratik idarəetmədə seçkilərin rolu, gənclərin seçkilərdə məsuliyyətli iştirakının əhəmiyyəti, seçki hüququnun əsasları və seçki günü səsvermə qaydaları və s. mövzularda müzakirələr aparıblar. Maarifləndirmə tədbirlərinin məqsədi ilk dəfə səs verən gənclərdə fəal vətəndaş mövqeyi, seçki prosesinə maraq formalaşdırmaq və gənc seçicilərin elektoral fəallığını artırmaqdır. İştirakçılara maarifləndirmə bukleti, liflet paylanıb. Tədbirlər davam edir. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerlərdəki idarələrinin dəstəyilə həyata keçirilir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Ağdamda keçirilən əmək yarmarkasında 51 nəfərə işə göndəriş verilib
18.09.2019
Muxtar respublikada istehlak bazarına ciddi nəzarət edilir
18.09.2019
Masallıda “Heydər Əliyev məfkurəsinin gənclər arasında təbliği” mövzusunda ekskursiya təşkil edilib
18.09.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Həsənli inzibati dairə ərazisinin Köçəkli kəndində səyyar görüşü
18.09.2019
“Tariximizi öyrənək və təbliğ edək” mövzusunda Masallı şəhər Tarix-Diyarşünaslıq muzeyinə ekskursiya təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info