Ölkəmizdə Fransa ali məktəbi yaradılacaq
Tarix: 26.10.2015 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dünən Fransanın Strasburq Universitetinin prezidenti Alen Beretz ilə görüşüb.
Görüşdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva son illər ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə də əlaqələrin inkişaf etdiyindən məmnunluğunu bildirib, bu sahədə bir çox işlərin həyata keçirildiyini vurğulayıb. Ölkələrimiz arasında təhsil, mədəniyyət və elm sahələrində reallaşdırılan layihələrdən danışan Mehriban Əliyeva bildirib ki, bütün bu addımlar Azərbaycan-Fransa dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Birinci xanım Mehriban Əliyeva Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə ölkəmizdə Fransa ali məktəbinin yaradılacağını, artıq bu layihə üzrə konkret addımların atıldığını diqqətə çatdırıb. Strasburq Universitetinin prezidenti Alen Beretz Azərbaycana bu səfərinin layihənin həyata keçirilməsinə töhfə olacağına əminliyini ifadə edib. Görüşə görə təşəkkürünü bildirən Alen Beretz Azərbaycanda Fransa ali məktəbinin yaradılması layihəsinin əhəmiyyətindən danışıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info