Ukrayna seçkiləri barədə rəsmi məlumat
Tarix: 26.10.2015 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Ukraynada keçirilmiş yerli seçkilərdə səsvermədə seçicilərin 46,62 faizi iştirak edib. Bu barədə məlumat ölkə MSK-nın saytında dərc olunub. Seçicilərin fəallığı göstəricisinə görə, Ternopol (56,50 faiz) və Lvov (56,31 faiz) vilayətləri liderdirlər.
Volınsk, Vinnitsa, İvano-Frankovsk, Rovno və Xmelnitsk vilayətlərində də seçicilərin yarıdan çoxu seçki məntəqələrinə gəlib. Kiyevdə seçicilərin 41,87 faizi səs verib. Seçicilərin ən aşağı fəallığı, gözlənildiyi kimi, Donetsk (31,65 faiz) və Luqansk (35,27 faiz) vilayətlərində qeydə alınıb. “Ekzit-pol” məlumatlarına görə, Kiyev və Dnepropetrovsk şəhərləri mer seçkilərinin ikinci turuna hazırlaşmalıdırlar. Xarkov və Vinnitsa şəhərlərində isə ən çox ehtimal edilən gələcək merlərin soyadları artıq məlumdur. Ukrayna paytaxtının indiki meri Vitali Kliçko (Pyotr Poroşenkonun “Solidarnost” bloku) 40,4 faiz səs toplayaraq merliyə namizədlər arasında lider olub. Xarkov qradonaçalniki seçkilərində bu şəhərin indiki rəhbəri Gennadi kernes 59,3 faiz səs toplayaraq böyük fərqlə liderlik edir. Dnepropetrovskda “Ukrayna Vətənpərvərlər Birliyi -UKROP” partiyasının üzvü Boris Fulatov (41,6 faiz) və “Müxalifət bloku” fraksiyasından xalq deputatı Aleksandr Vilkul (32 faiz) mer seçkilərinin ikinci turuna keçiblər. Odessada mer seçkilərinin ikinci turuna indiki mer Gennadi Truxanov və Vilayət Dövlət Administrasiyasının sədrinin müşaviri Aleksandr Borovik çıxıb. Lvov şəhərinin rəhbəri seçkilərində indiki mer Andrey Sadovıy (“Samopomiç birliyi” siyasi partiyası) 48,8 faiz səs toplayaraq liderlik edir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info