Azərbaycandakı seçkilər “Moscow-Baku” da
Tarix: 27.10.2015 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


“Moscow-Baku” informasiya portalı noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri və seçki öncəsi proseslə bağlı ekspertlərin fikirlərini öyrənib. “Secki-2015.az” saytı həmin yazını təqdim edir.
“ATƏT seçkilərə düzgün qiymət verə bilməyəcək”
Rusiya Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa ətrafının öyrənilməsi mərkəzinin elmi işçisi, tarix elmlər namizədi Stanislav Pritçin Qərbin bəzi dairələrinin seçki öncəsi Azərbaycana qarşı qərəzli münasibət bəslədiyini bildirib: “Çoxillik təcrübəsində ATƏT ilk dəfə noyabrın 1-də keçiriləcək seçkilərə müşahidə missiyasını göndərməkdən imtina etdi. Bu, ATƏT-in seçkilərə obyektiv münasibət bildirmək imkanlarını məhdudlaşdıracaq. Təşkilat rəhbərliyi yalnız kənardan müşahidə edə biləcək və bununla seçkilərə düzgün qiymət verə bilməyəcək”.
S. Pritçin qeyd edib ki, parlament seçkiləri Azərbaycan üçün əhəmiyyətlidir: “Ölkədə son illər kifayət qədər uğurlar əldə edilib. Misal üçün, I Avropa Oyunları kimi irimiqyaslı idman tədbiri keçirildi. Ölkədə infrastruktur qurulur, şəhərlər yenilənir. Yəni bütövlükdə inkişaf gedir və sabitlik hökm sürür. Bu baxımdan hesab edirəm ki, hakim Yeni Azərbaycan Partiyası seçkidə qalib gələcək”.

“Müxalifətin iddiaları olsa da, onların ciddi nəticə əldə edəcəyi mümkün deyil”

“Sputnik Azərbaycan” agentliyinin direktoru Gülnar Məmmədzadə də qeyd edib ki, seçkilərdə ən şanslı partiya Yeni Azərbaycan Partiyasıdır: “Hakimiyyətin praqmatik siyasəti cəmiyyətin böyük əksəriyəti tərəfindən dəstəklənir. Cəmiyyət dünya iqtisadiyyatı və beynəlxalq münasibətlərdə yaşanan böhran fonunda sabitliyin pozulmasına səbəb olacaq təhlükəli sınaqları dəstəkləmir. Müxalifətin iddiaları olsa da, onların ciddi nəticə əldə edəcəyi mümkün deyil”.
Ekspert qeyd edib ki, son 10 ildə hakimiyyətin mövqeyi xeyli güclənib: “Bunun fonunda müxalifətin şanslarının ciddi qiymətləndirmək mümkün deyil. Bu seçkilərin nəticələri də əvvəlki seçkilərlə müqayisədə o qədər fərqlənməyəcək. Yeni Azərbaycan Partiyası ümumi qələbəni əldə edəcək. Sadəcə olaraq, budəfəki seçkilərdə parlamentdə partiya müxtəlifliyinin artacağı gözlənilir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info