“Bu gün Azərbaycan-Rusiya əlaqələri tarixinin ən gözəl dövrünü yaşayır”
Tarix: 27.10.2015 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


“Beynəlxalq ictimaiyyət Azərbaycanda gedən demokratikləşmə proseslərinə inanır”. Bunu “Secki-2015.az” saytına açıqlamasında TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman bildirib.
O bildirib ki, seçki gününə bir qədər vaxt qalsa da, artıq prosesə ciddi marağın olduğu müşahidə olunur: "MDB-dən və digər ölkələrdən çoxlu sayda müşahidəçinin gəlməsi dünya ictimaiyyətinin noyabr seçkiləri ərəfəsində Azərbaycanda baş verən demokratikləşmə proseslərinə inamının göstəricisidir. Hamı gözləyir ki, parlament seçkiləri Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı sahəsində yeni mərhələnin başlanğıcı olacaq”.
Qusman söyləyib ki, Azərbaycanda həyata keçirilən seçki prosesi bütün qanun və normalara ciddi riayət edilməklə davam edir: “Namizədlərin çıxışları və müzakirələri göstərir ki, Azərbaycanda dünyəvi və demokratik dövlətə xas olan formada parlament seçkiləri keçirilir. Hər seçki demokratiya yönündə növbəti irəliləyişdir”.
"Bu gün Azərbaycan-Rusiya əlaqələri tarixinin ən gözəl dövrünü yaşayır. 2 ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Əlbəttə ki, müxtəlif mövzularda daim diskussiyalar aparılır. Ümumi planda əlaqələr bundan daha yaxşı ola bilməz. Zənnimcə, yeni parlament əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Azərbaycan və Rusiya deputatları arasında sıx əlaqələr mövcuddur”,- deyə Qusman bildirib.
Tanınmış rusiyalı jurnalist yaxın günlərdə müşahidəçi qismində Azərbaycana gələcəyini də diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info