Çingiz Əsgərov: “Qərarların icrası ilə bağlı heç bir problem yoxdur”
Tarix: 27.10.2015 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


“Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsində yeni hakim postuna namizədlərini gələn ilin yanvarına kimi təqdim etməlidir”.
Bunu Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərov deyib.
Çingiz Əsgərov bildirib ki, Azərbaycandan olan yeni hakimlə bağlı məsələyə Avropa Şurası Parlament Assambleyasının aprel sessiyasında baxılması planlaşdırılır.
O, həmçinin Məhkəmə Hüquq Şurasının namizədlərlə bağlı müsabiqə elan etdiyini açıqlayıb.

Çingiz Əsgərov Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını tam şəkildə icra etdiyini də vurğulayıb. O, qərarların icrası ilə bağlı heç bir problem olmadığını açıqlayıb. Azərbaycanın qərarları icra etməməsi barədə iddialara münasibət bildirən nümayəndə qeyd edib ki, bu, sırf siyasi mövqedir: “Onlar siyasi təzyiq göstərirlər. Bu, hüquqdan uzaq mövqedir”.
Azərbaycanın Avropa Məhkəməsinin şikayətlərə baxmaq qaydası ilə bağlı şikayətlərinin olduğunu vurğulayan Ç. Əsgərov “Məhkəmə tərəfindən müəyyən ərizələrə prioritet verilməsi baxımından iradlarımız var. Bu iradlar onlara bildirilib. Demişik ki, bizim mövqeyimiz düzgündür”, - deyə bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info