“EU Reporter”: “Əvvəl Türkiyə İslam dəyərləri ilə dünyəvi dövlət hesab edilirdisə, indi bu, Azərbaycandır”
Tarix: 27.10.2015 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


"ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri Dağıq Qarabağ münaqişəsinin həlli prosesində dönüş olacağını vəd etmir, lakin ATƏT-in sülhyaradıcı institutunun ləng hərəkəti Avropa İttifaqına iki xalqın yaxınlaşmasına təkan verməyə, iki rəqibin davamlı sülhə nail olması üçün onlarla inteqrasiya təcrübəsini bölüşməyə imkan verir”.
Bu barədə “EU Reporter” saytı yazıb. Yazıda bildirilir ki, iki on illik ərzində davam edən formal danışıqlar prosesi Azərbaycan və Ermənistan arasında ən çox ehtiyac duyulan etimad tədbirlərini formalaşdırmayıb və bu da irəliləyişi minimuma endirib: “Bu, Aİ-nin qonşuluqdakı ölkələrdə ATƏT-in səylərini tamamlayaraq "dondurulmuş" münaqişələrin həllinə təkan verməsinə, özünü qlobal oyunçu kimi göstərməsinə şans yaradar. Minsk Qrupu kimi formal institutların ləng hərəkətləri onu deməyə əsas verir ki, onların fəaliyyətləri etimad yaradıcı tədbirlərin formalaşması istiqamətində vətəndaş cəmiyyətinin cəlb olunması ilə daha da gücləndirilməlidir. İki onillikdən çoxdur davam edən münaqişədə iki ölkə arasında davamlı sülhün əsas elementi olan etimad dramatik şəkildə çatışmır. İki dünya müharibəsindən çıxan Avropa iki rəqibin yaxınlaşması sahəsində unikal təcrübəyə malikdir və bu təcrübəsini Cənubi Qafqazda bölüşə bilər. Aİ-nin münaqişənin həlli ilə bağlı maraqları neft və qazın çıxarıldığı və Xəzər dənizi maraqları çərçivəsindədir. Daha bir element də var ki, bu münaqişənin həllini Aİ üçün vacib edir. Əgər əvvəl Türkiyə İslam dəyərləri ilə dünyəvi dövlət hesab edilirdisə, indi bu, Azərbaycandır. Bu ölkə mültikultural və multietnik ölkədir və müxtəlif cəmiyyətlər üçün qarşılıqlı hörmət mühiti formalaşdırıb”.
Yazıda qeyd edilir ki, Aİ qonşuluq siyasəti və "Şərq tərəfdaşlığı" proqramı münaqişənin həllinin prioritet olduğunu açıqlayıb: “Lakin bu məqsədi həyata keçirmək üçün nəzərəçarpacaq addımlar atılmayıb. Ənənəvi olaraq, Aİ ATƏT-in Minsk Qrupunun bu işə məsul tərəf olduğunu bəyan edir, lakin bu yanaşma köhnəlib və Dağlıq Qarabağ münaqişəsinin çətinliyi kompleks yanaşma tələb edir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info