Uşaqlara tarixi adların qoyulması halları artır
Tarix: 27.10.2015 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Azərbaycanda son dövrlərdə uşaqlara daha çox tarixi adlar qoyulur. Bunu “Trend”ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, son dövrlərdə uşaqlara daha çox qədim Orxan, Yenisey abidələrində, “Dədə-Qorqud”da, Mahmud Kaşğarlının divanında verilən adlardan istifadə edilir: “Məsələn, bizə “Albas” adının qoyulması üçün müraciət etmişdilər. Türk mənşəli olan bu ad Qıpçaq hökmdarının adıdır, daha çox mübarizlik, qəhrəmanlıq mənasını ifadə edir. Son dövrdə bizə“Alpər”, “Beyrək” adının qoyulması üçün də müraciət edirlər. Belə adların yenidən qayıtması bizim milliliyimizi, kimliyimizi əks etdirir”.
S.Sadıqova deyib ki, yeni doğulan uşaqlara mürəkkəb adlar deyil, artıq sadə, lakonik adlar qoyulur.
Komissiya rəsmisinin sözlərinə görə, son 5 ildə Azərbaycanda valideynlərin övladlarına gülüş doğuran adlar qoyması faktları azalıb.
Belə adların qoyulmasına əvvəllər nəzarət edilmədiyini nəzərə çatdıran S.Sadıqovanın sözlərinə görə, belə halların qarşısı “ASAN xidmət” mərkəzləri tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq alınır: “Kiminsə öz uşağını Cinayətkar, Sərxoş, Şüşəbənd çağırması nə dərəcədə düzgündür? Bu tipli adların qoyulması qəti qadağandır. Kim isə bizə övladına ingilis adının qoyulması üçün müraciət edirsə, belə adın da qoyulmasına icazə verilmir. Valideynlərə bunun səbəbi izah edilir. Ona görə də artıq uşaqlara “Ansambl”, “Traktor”, “Kombayn” kimi adlar qoyulmur. Keçən il bizə müraciət edilmişdi ki, qızların adını “Xiyarə” qoysunlar. O xəbər internetdə şərh olunduqdan sonra valideyn həmin adı qoymaqdan əl çəkdi. Bizə bu yaxınlarda müraciət ediblər ki, qızımın adını “Kiara” qoymaq istəyirəm. Ancaq biz bu adın mənşəyini müəyyənləşdirə bilmirik və hələ qərara gəlməmişik”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info