“Budəfəki seçkilər də tarixin növbəti uğurla nəticələnən sınağı olacaq”
Tarix: 27.10.2015 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


“Ölkənin inkişafı bir sıra göstəricilərlə xarakterizə olunur. Bunlardan biri ölkənin seçkilər prosesində demokratik prinsip və dəyərlərin qorunmasıdır. Bu baxımdan cari ildə həyata keçirilən parlament seçkiləri həm təşkilati cəhətləri, həm namizədlərin qəbulu, həm də təbliğat-təşviqat işinin təşkilinə görə, ölkənin inkişaf meyllərinin bütün xüsusiyyətlərini özündə birləşdirir”. Bu barədə “Seçki-2015.az” saytına açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə bildirib.
O, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş qədim dövlətçilik ənənələrinə malik müasir Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və ölkənin bütün sahələrini əhatə edən inkişaf meylləri tədricən Azərbaycanı dünyanın qabaqcıl dövlətlərindən birinə çevirir. ARGTMŞ sədri belə bir şəraitdə Azərbaycan gənclər siyasətinin də uğurla davam etdirildiyini, bu siyasətin bütün dünyada uğurlu bir təcrübə kimi tanındığını vurğulayıb. Onun sözlərinə görə, gənclər siyasəti çərçivəsində gənclərlə bağlı atılmış uzunmüddətli strateji addımlar, onların fəallığını artırıb, qərarvermə prosesində onların yaxından iştirakını təmin edib: “Bütün bunlar gənclərin parlament seçkilərində fəal iştirakına imkan yaradır. Bu baxımdan Gənclər Təşkilatları Milli Şurası da 112 təşkilatla birgə gənclərin bu istiqamətdə maarifləndirilməsinə xüsusi əhəmiyyət verir. Təşkilat və onun üzvləri tərəfindən mütəmadi olaraq bu istiqamətdə gənclərlə görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Gənclər Təşkilatları Milli Şurası tərəfindən oktyabr ayının 27-də Mərkəzi Seçki Komissiyasına təşkil olunan məlumat turu da bu istiqamətdə mühüm əhəmiyyətə malikdir”.
Ermənipərəst qüvvələrin təsiri altında olan bəzi dairələrin, beynəlxalq təşkilatların parlament seçkisi öncəsi Azərbaycan haqqında həqiqətə uyğun olmayan rəy formalaşdırmalarına münasibət bildirən Ş. Seyidzadə bu cür halları təəssüflə qarşıladığını dilə gətirib.
O deyib ki, Azərbaycanın inkişafından narahatlıq hissi keçirən dairələrin ölkəmizə qarşı qarayaxma cəhdləri tendensiyaya çevrilib: “Azərbaycan xalqının inam, etimad və iradəsi sayəsində bu kimi cəhdlər uğursuzluğa düçar olur. Azərbaycan xalqı dəfələrlə doğru seçimlər etdiyini sübut edib. Xalqımız qərəzli dairələrin bəyanatları haqqında yox, Milli Məclisdə onların səsini duyuracaq millət vəkilini seçmək haqqında düşünür. Əlbəttə, zaman ən böyük sınaqdır. Ölkəmiz bütün sınaqlardan uğurlu və səmərəli nəticələr çıxarıb, yeni-yeni uğurlara imza atıb. İnanıram ki, budəfəki seçkilər də tarixin növbəti uğurla nəticələnən sınağı olacaq”.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb
23.01.2019
UNICEF: Azərbaycanda xəstəxanalarda yenidoğulanlara süni uşaq qidaları verilməməlidir
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info