“Azərbaycan müxalifəti daha çox küçə qarşıdurmaları ilə siyasi fəallığını bərpa etməyə çalışır”
Tarix: 27.10.2015 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


"Noyabrın 1-də keçiriləcək parlament seçkiləri Azərbaycan rəhbərliyinin qarşısında duran bir çox məsələləri həll edəcək”. Rusiyalı politoloq, MDB Postsovet məkanının tədqiqi üzrə analitik-informasiya mərkəzinin direktor müavini Aleksandr Karavayev “Rossiyskaya qazeta”da dərc edilən “Müasir güc olmaq və ya Yeni Azərbaycan Partiyası sabitlik və inkişaf faktoru kimi” sərlövhəli məqaləsində belə deyilir.
Müəllif bildirir ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri nəticəsində Milli Məclisin tərkibi yenilənməklə yanaşı, “mühafizəkar demokratiya”nın Azərbaycan modelinin səmərəliliyi də təsdiqini tapmış olacaq.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu vaxta qədər keçirilən seçkilərdə qazandığı uğurlara toxunan rusiyalı politoloq qeyd edib ki, YAP-ın hazırda 700 min üzvü var və bu, 2010-cu il parlament seçkilərindəki seçicilərin 13,5 faizi deməkdi. “2010-cu ildə YAP parlamentdə 72 mandat qazanmışdısa, 2015-ci il seçkilərində hakim partiyadan 117 namizəd mübarizə aparır”.
Azərbaycanda müxalifət institunun fəaliyyətinin kifayət qədər zəif olduğunu diqqətə çatdıran rusiyalı politoloq bildirir ki, destruktiv mövqe tutan Azərbaycan müxalifəti daha çox küçə qarşıdurmaları ilə siyasi fəallığını bərpa etməyə çalışır. “Müxalifət xarici güclərin köməyi ilə ölkədə təxribat törətmək və “ərəb baharı”na nail olmağa can atır”, - deyə A. Karavayev bildirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info