Rusiyalı ekspert: “Azərbaycandakı vəziyyət Türkiyəyə nisbətən daha möhkəmdir”
Tarix: 27.10.2015 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


“Azərbaycandakı parlament seçkiləri mürəkkəb beynəlxalq şərait fonunda keçəcək”. Bu barədə “Secki-2015.az” saytına Rusiyanın “KUB” analitik mərkəzinin eksperti Nadana Fridrixson bildirib.
Ekspert Azərbaycandakı parlament seçkilərinin Türkiyədəki siyasi proseslə eyni gündə - noyabrın 1-də keçiriləcəyi faktını diqqətə çatdırıb.
“Cari ilin iyununda Türkiyədə parlament seçkiləri keçirildi. Seçkilərlə bağlı çıxış edən qardaş ölkənin Baş naziri Əhməd Davudoğlu bildirdi ki, ölkədəki daxili siyasətin vəziyyəti həmin seçkilərdə öz əksini tapdı.
Əlbəttə ki, Azərbaycandakı vəziyyət Türkiyəyə nisbətən daha möhkəmdir. Milli Məclisdəki yerləri tutmaq üçün hakim partiya, demək olar ki, bütün şanslara malikdir. Bundan başqa, seçkilərin nəticələrinə görə ölkədə hər hansı ciddi çaxnaşmaların olacağını güman etmək çətindir,” – deyə ekspert bildirib.
Nadana Fridrixson qeyd edib ki, dünya ictimaiyyətinin diqqəti bölünüb.
“Qərb tərəfindən Bakıya olan təzyiqlər çərçivəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) bu seçkilərdə iştirak etməyəcək, amma onların bu addımı nəticələrin qanuniliyinə təsir etməyəcək. Bununla yanaşı, əsas diqqət artıq ciddi narahatlıqların hökm sürdüyü Türkiyədəki seçkilərə yönələcək. Buna görə də, Azərbaycandakı parlament seçkiləri sabit şəraitdə keçəcək. ABŞ və Aİ tərəfindən təxribat xarakterli bəyanatların olması istisna edilmir. Suriya məsələsinin, İranla bağlı problemlərin astanasında duran Türkiyənin mövcud olduğu bir dövrdə Qərbin görəcək işləri çoxdur,” –deyə ekspert qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info