Gəncləri üçün “Mən seçiciyəm“ layihəsi keçirilir
Tarix: 27.10.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyinin həyata keçirdiyi “Mən seçiciyəm" (İlk dəfə səs verən gənclərin seçki maarifləndirilməsi)” layihəsi çərçivəsində növbəti maarifləndirmə seminarı keçirilib.
Oktyabrın 23-də İsmayıllı rayonunda ilk dəfə səs verən gənclər üçün seçki hüququ mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada İsmayıllı rayonu icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, layihə koordinatoru İlham Həziyevə, ekspert, “Universitet Təhsilli Qadınlar” Cəmiyyətinin sədri Tamam Cəfərova iştirak ediblər. Maarifləndirmə tədbirinin məqsədi ilk dəfə səs verən gənclərdə fəal vətəndaş mövqeyi, seçki prosesinə maraq formalaşdırmaq və gənc seçicilərin elektoral fəallığını artırmaqdır. Dəyirmi masada 18 yaşlı gənclər Azərbaycanda parlamentarizm tarixi, ölkənin siyasi sistemi və demokratik idarəetmə seçkilərin rolu, gənclərin seçkilərdə məsuliyyətli iştirakının əhəmiyyəti, seçki hüququnun əsasları və seçki günü səsvermə qaydaları və s. mövzularda müzakirələr aparıblar. İştirakçılara maarifləndirmə bukleti, liflet, maykalar və xatirə hədiyyələri paylanıb.
Xatırlatmaq istərdik ki, dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyinin həyata keçirdiyi “Mən seçiciyəm" (ilk dəfə səs verən gənclərin seçki maarifləndirilməsi)” adlı layihəsi çərçivəsində həyata keçirilib. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə seçki gününə 18 yaşı tama olmuş vətəndaş aktiv seçki hüququ əldə edir. İlk dəfə səs verən gənclərin seçki prosesində fəal iştirakı bu gənclərin seçki hüquqları sahəsində maarifləndirilməsini zəruri edir. Bu baxımdan layihənin məqsədi 2015-ci il parlament seçkilərində ilk dəfə səs verən gənclərin seçki hüququ sahəsində maarifləndirilməsi və onların seçki proseslərində fəal iştirakını təmin etməkdir. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerlərdəki idarələrinin dəstəyilə həyata keçirilir.
Fuad






 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info