Azərbaycanlını qətlə yetirən ermənilər yaxalanıb
Tarix: 27.10.2015 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Rusiyanın Sankt-Peterburq şəhərində 39 yaşlı azərbaycanlını qətlə yetirən ermənilərdən ibarət cinayətkar dəstə yaxalanıb. Məlumata görə, Sankt-Peterburq şəhərində milli münaqişə zəminində olan qətlin üstü açılıb.
39 yaşlı Azərbaycan vətəndaşı bu ilin sentyabrı ayından itkin düşüb. Onun itkin düşməsi haqqında həyat yoldaşı məlumat verib. Rusiya İstintaq Komitəsi qətl maddəsi ilə cinayət işi açıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən dörd nəfər erməni saxlanılıb. Onlardan biri Ermənistan vətəndaşı olub, digərlərinin isə Rusiya vətəndaşlığı olub. Məlum olub ki, sentyabrın 14-də ermənilərlə azərbaycanlı arasında mübahisə düşüb. Ermənilər azərbaycanlını döyüblər. Daha sonra onu maşının yük yerinə qoyublar.
Onlar azərbaycanlını Moskva şossesindən 2 kilometr aralıda yerləşən Qırmızı bor qəsəbəsinə gətiriblər. Orada ermənilərdən biri azərbaycanlıya 13 bıçaq zərbəsi vuraraq öldürüb, cəsədi basdırıb, mərhumun avtomobilini isə yandırıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Ermənilərdən ikisi barəsində həbs-qətimkan tədbiri seçilib, ikisindən isə heç yerə getməmək barədə iltizam alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info