Slutski: “Azərbaycan seçki təcrübəsində çox mühüm addımlar atıb”
Tarix: 27.10.2015 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Azərbaycanda parlament seçkilərini müşahidə edəcək MDB parlamentlərarası missiyasının rəhbəri, Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasından olan deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitənin sədri Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirib.
Mətbuat konfransında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. Seçkilərin hər bir ölkənin həyatında mühüm ictimai-siyasi hadisə olduğunu söyləyən diplomat bildirib ki, seçkilər hər bir ölkənin inkişafını müəyyən edir: "Azərbaycan Prezidenti İlham Əliyev də, ölkə ictimaiyyəti də noyabrın 1-də keçiriləcək parlament seçkilərinə böyük önəm verirlər. Artıq müstəqil Azərbaycanda beşinci dəfədir ki, parlament seçkiləri keçirilir. Mərkəzi Seçki Komissiyası böyük təcrübə toplayıb. Leonid Slutski seçkiləri izləyəcək böyük missiyanın rəhbəri olaraq Azərbaycana gedir. Nəzərə alsaq ki, Avropa strukturları ilə müəyyən fikir ayrılıqları mövcuddur, o zaman sizin missiyanın nə qədər vacib və məsuliyyətli olduğu göz qabağındadır”.
L. Slutski dəvətə görə Polad Bülbüloğluna təşəkkürünü bildirib. Onun sözlərinə görə, seçki təcrübəsi göstərir ki, özünü kiminləsə deyil, məhz özünlə, bir neçə il öncə keçirilən seçkilərlə müqayisə etmək lazımdır: “Azərbaycan seçki təcrübəsində çox mühüm addımlar atıb. Bunu Azərbaycanda keçirilən son prezident seçkiləri və ondan qabaq baş tutan parlament seçkilərində müşahidə etmək mümkün idi. Seçkilər Azərbaycanda seçicilər üçün çox rahat olacaq. Əminəm ki, Milli Məclisə keçirilən seçkilər Azərbaycan əhalisinin çoxluğunun birliyini nümayiş etdirəcək. Bu seçkilərdə mənfi nəsə tapmaq çətin olacaq. Biz uzunmüddətli missiyanın gəldiyi qənaətlə artıq tanışıq. Hesab edirəm ki, seçkilərdə seçicilərin iştirakı böyük olacaq. Çünki Azərbaycan ictimaiyyəti prezidentin ətrafında sıx birləşib. Biz bir sıra anti-Azərbaycan qiymətləndirmələri və qətnamələri ilə tanışıq və başa düşürük ki, bunlar onları hazırlayanların özünə qarşı işləyir. Biz əminlikə Milli Məclisə keçirilən seçkiləri obyektiv qiymətləndirəcəyik. Ancaq obyektiv reallıqdan çıxış edəcəyik".
Rusiyalı siyasətçinin fikrincə, Azərbaycanı və seçkiləri diskreditasiya edəcək bütün cəhdlər fiaskoya uğramağa məhkumdur.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info