DSMF nümayəndələri Beynəlxalq Sosial Təminat Assosiasiyasının 111-ci Büro iclasında iştirak edib
Tarix: 27.10.2015 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


2015-ci il oktyabrın 20-22-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 111-ci Büro iclası keçirilib. İclasda Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti iştirak edib. İclasda BSTA-nın yeni büro üzvləri, Texniki Komissiyaları ilə bağlı məsələlər, 2014-cü ilin maliyyə yekunlarına dair hesabatlar, 2015-ci ildə BSTA-nın fəaliyyəti, 2016-cı ildə keçiriləcək beynəlxalq tədbirlərin təqvimi və növbəti üçillik dövr (2017-2019-cu illər) üçün BSTA-nın ilkin fəaliyyət planı müzakirə olunub.
Tədbir çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti BSTA Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında da iştirak edib. İclasda BSTA Avropa Şəbəkəsi çərçivəsində 2015-ci ildə görülmüş işlər, eləcə də növbəti ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib. Bundan əlavə, Fondun nümayəndələri BSTA-nın, habelə Rusiya, Polşa, Almaniya, Litva, Finlandiya və digər BSTA üzvü olan ölkələrin pensiya və sosial sığorta təşkilatlarının nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirərək, qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan 2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən Rəhbər Komitəyə üzv seçilib. BSTA-nın bir cox beynəlxalq tədbirlərınə ev sahibliyi edən ölkəmiz Assosiasiya çərçivəsində yüksək səviyyəli qərarların qəbul edilməsində xüsusi rola malikdir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info