“Demokratik seçki keçirmək Azərbaycanın ənənəsidir”
Tarix: 27.10.2015 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Aydın Ağayev: “Digər ölkələr Azərbaycanın seçki təcrübəsini öyrənməlidir”

Milli Məclis Aparatının analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin “Seçki-2015.az” saytına müsahibə verib:
- Seçkilərə hazırlığı necə qiymətləndirirsiniz?
- Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq prosesi yüksək səviyyədə gedir. Seçkiyə hazırlığın hər anı müvafiq informasiya vasitələri tərəfindən ictimaiyyətə çatdırılır. Beynəlxalq müşahidəçilərin sayı dəqiqləşib və seçki günü bütün dünyanın diqqəti Azərbaycanda olacaq. Azərbaycan bir daha dünyaya demokratik seçki təcrübəsini nümayiş etdirəcək.
- Artıq 500-ə qədər beynəlxalq müşahidəçinin seçkini izləyəcəyi dəqiqləşib. Demək olar ki, əsas beynəlxalq təşkilatlar və ölkələr Azərbaycandakı seçkini izləyəcək. Təkcə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu gəlməkdən imtina etdi. Bu barədə nə deyə bilərsiniz?
- ATƏT/DTİHB ilə bağlı vəziyyət çoxdan aydındır. Azərbaycan tərəfi seçkini izləmək üçün əvvəlcə Büronu dəvət etdi. Onlar bu dəvəti qəbul etməmişdən öncə Azərbaycana böyük sayda müşahidəçinin gələcəyi ilə bağlı tələblərini irəli sürdülər. Təsəvvür edin, əhalisi 50 milyondan çox olan bir ölkəyə də 400-ə qədər müşahidəçi göndərirlər, əhalisi 10 milyona qədər olan Azərbaycana da. Bu, mövcud olan bütün normativlərin pozulmasıdır. Ona görə də Azərbaycan tərəfi məsələnin bu cür qoyuluşunu qəbul etmədi və Büro tərəfindən yaradılan problemin həlli üçün müzakirələrə hazır olduğunu açıqladı. Lakin Büro seçkiləri müşahidə etməkdən imtina etdi.
ATƏT/DTİHB bununla öz prinsiplərini pozdu. Beynəlxalq ictimaiyyət və müxtəlif dövlətlərin məsələyə münasibətində də bu fikir qırmızı xətlə keçir. Çünki təşkilat bu cür yanaşma ilə üzv dövlətlər arasında münasibətlərə xələl gətirir. Burada Azərbaycanın heç bir günahı yoxdur. ATƏT/DTİHB-nin əksinə olaraq, əsas beynəlxalq təşkilatlar və ölkələr Azərbaycandakı seçkiləri izləyəcək. Bu, seçkiyə obyektiv qiymət verilməsi üçün yetərlidir.
- Adıçəkilən təşkilatın müşahidə missiyası göndərməkdən imtina etməsinin seçkilərə təsiri ola bilərmi?
- Təbii ki, xeyr. Görünür, hansısa qüvvələr seçki ətrafında ajiotaj yaratmaq istəyirlər. Lakin biz seçkiləri kiməsə xoş gəlmək üçün ədalətli, şəffaf, demokratik keçirmirik. Demokratik seçki keçirmək Azərbaycanın ənənəsidir. Buna heç kim şübhə edə bilməz. Seçkinin ədalətli və şəffaf keçirilməsi xalqımıza, dövlətimizə lazımdır. Əsas odur ki, xalq bu seçkilərdən qazanclı çıxsın. Əminəm ki, belə də olacaq.
- Azərbaycanın seçki təcrübəsini nümunə hesab etmək olarmı?
- Ölkəmizdə indiyə kimi kifayət qədər seçki keçirilib. Həm seçki texnologiyası, həm seçkilərə maraq, bütövlükdə seçkinin təşkili, bunun şəffaf və demokratik keçirilməsi üçün müasir texnologiya və vasitələrdən istifadə olunması, həm də Mərkəzi Seçki Komissiyasının təcrübəsi baxımından Azərbaycanın təcrübəsi digər ölkələrə nümunə ola bilər. Hesab edirəm ki, digər ölkələr Azərbaycanın seçki təcrübəsini öyrənməlidir. Bunu yalnız biz yox, seçkiləri izləyən beynəlxalq müşahidəçilər də deyirlər.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info