Qarabağ reallıqlarına yeni rakursdan baxış
Tarix: 27.10.2015 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Qarabağ problemi getdikcə dünya ictimaiyyətinə daha çox tanıdılmaqdadır. “İRƏLİ” İctimai Birliyinin yeni layihəsi buna təkan verməkdədir. Bu barədə qurumdan bildirilib. “Münaqişə tərəfi Azərbaycan-Həqiqətlər və Reallıqlar” mövzusunda fəaliyyətə başlayan layihənin səmərəsindən danışmaq olar. 1 həftə boyunca davam edən bu layihənin Belçikadan, İtaliyadan, İngiltərədən, İsraildən, Litvadan, Macarıstandan, Almaniyadan, Efiopiyadan gələn iştirakçılarının ünvanlarına nəzər salmaq kifayətdir ki, bu tədbirin miqyası üzə çıxsın.
İlk olaraq xarici nümayəndələr “Fəxri xiyaban” və “Şəhidlər xiyabanı”nı ziyarət ediblər.
Azərbaycan Prezidentinin İctimai-Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov media nümayəndələrini qəbul edərək Prezident İlham Əliyev iradəsi nəticəsində Azərbaycanın müvcud inkişafından, həqiqətləri və reallıqları haqqında geniş məlumat verib.
Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında söhbət açan Əli Həsənov hüquqi və siyasi konseptdə olan bütün normativ aktlara toxunub, Azərbaycanın bugün ki seperatçı rejimə qarşı olan mövqeyindən söhbət açıb. Görüş zamanı Əli Həsənov iştirakçıların bütün suallarını cavablandırıb.
Daha sonra qonaqlar Dövlət Bayrağı meydanında olublar. Bayrağımızla bağlı məlumatlar onlara çatdırılıb.
Layihənin təqdimatı Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Dəyirmi masada “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Administirasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, qaçqın və məcburi köçkün gənclərlə işləyən QHT rəhbərləri, 10-dan çox ölkənin 20-yə yaxın KİV nümayəndəsi, bloqqerlər və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Mirhəsən Seyidov, bu layihənin əsas məqsədinin Dağlıq Qarabağ münaqişəsində baş verən reallıqları beynəlxalq aləmə çatdırmaqdan ibarət olduğunu bildirib. O, xarici KİV nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi haqda, Ermənistanın təcavüzü, Azərbaycana qarşı törədilmiş cinayətlər barədə məlumat verib. Tədbir də iştirak edən sektor müdiri xarici qonaqlara Azərbaycanın inkişafı, Ermənistanın ölkəmizə təcavüzü haqda məlumat verib.
Tədbirdə Azərbaycan tolerant, çıxmillətli ölkədir. Burada məscidlərlə yanaşı digər millətlərin ibadət yerlərləri olduğu da qeyd edilib.
Qeyd olunub ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib, insanlarımız doğma yurdlarından didərgin düşüblər. Ermənistan Azərbaycana qarşı soyqırımı siyasəti həyata keçirib və Xocalıda azərbaycanlılara qarşı böyük faciə törədilib.
Hazırda təmas xəttində Ermənistan tərəfinin snayperlərlə Azərbaycan uşaqlarını vurduğu, danışıqları daima pozduğu vurğulanıb.
Avropanın və Asiyanın bir çox ölkələrinin mətbuat nümayəndələri öncədən Dağlıq Qarabağ münaqişəsi haqqında olan araşdırmaları barədə danışaraq Azərbaycan rəsmilərinə suallarını ünvanlayıbar.
Qonaqlar növbəti gündə Xarici İşlər Nazirliyində Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə görüşüblər. Hikmət Hacıyev jurnalistlərlə Qarabağ mövzusunda ətraflı söhbət edib, bu mövzuda Azərbaycanın mövqeyi, problemin həlli yolları ətraflı şəkildə müzakirəyə çıxarılıb.Qeyd edək ki, XİN layihəylə bağlı “İRƏLİ” İctimai Birliyinə dəstək olmuşdur.
Qonaqlar Xocalı Soyqırımı abidəsi ilə də tanış ediliblər.
Proqrama uyğun olaraq jurnalistlər daha sonra şəhər gəzintisinə çıxıblar. “Qız Qalası” kimi Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsinə, “İçəri Şəhər” qədim qala divarlarına olan kiçik səyahətdən qonaqlarımız razı qalıb.
Növbəti səfər isə “Heydər Əliyev Mərkəzi”ndə baş tutub. Səfər zamanı jurnalistlərə binanın layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadidin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib. Heydər Əliyev Mərkəzinin arxitektura incəliklərinin, dizaynının, xarici və daxili görünüşünün bir-birini tamamladığı, öz aurası ilə diqqət çəkdiyi qonaqlarımız tərəfindən qeyd olunub. Mərkəzdə təşkil olunan tədbirlər, sərgilər haqqında da qonaqlar məlumat əldə ediblər.
Layihə çərçivəsində jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda dəyirmi görüşdə olub.
Görüşün əsas məqsədi dondurulmuş münaqişələr, münaqişələrin region ölkələrinə təsiri, Qarabağın Azərbaycanın ictimai-siyasi, sosial həyatında önəmli rolu, münaqişələrin həllində qarşılıqlı əməkdaşlıq perspektivləri, eləcə də həll yolları ilə bağlı fikir mübadiləsi aparmaq, vətəndaş cəmiyyəti strukturlarının fəaliyyəti ilə tanış olmaqdan ibarət olub.
Müzakirələr zamanı BAMF-ın sədri Umud Mirzəyev münaqişələrin həllində Azərbaycanın haqlı mövqeyi, qaçqın və məcburi köçkünlərin vəziyyəti, dünyanın əsas güc mərkəzlərinin işğal faktoruna göz yumması, BAMF-ın müharibənin təsirinə məruz qalmış ərazilərdə uzunmüddətli fəaliyyətinə dair qonaqlara ətraflı məlumat verib. O, dünya ictimaiyyətini, beynəlxalq qurumları, media orqanlarını Azərbaycanın üzləşdiyi bu haqsızlığa dözməməyə çağırıb. İşğal faktorunun uzun müddətdir davam etməsinin Azərbaycan vətəndaş cəmiyyəti qurumlarında, sadə insanlar arasında qərb dövlətlərinə inamsızlıq və etimadsızlıq mühitinin yaratdığını ifadə edib.
Səfərdə olan nümayəndə heyəti səfər çərçivəsində Quba şəhərinə səfər etmişlər. Səfər zamanı Quba İcra Hakimiyyətinin nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksi ilə qonaqları tanış edərək, soyqırım haqqında ətraflı məlumatlandırıblar. Qeyd edək ki, Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

Azərbaycan tolerant bir ölkədir, burada dini ayrıseçkiliyə yol verilmir. Məhz bunu hiss etsinlər deyə nümayəndə heyəti "Şeş Qəmbər" dağ yəhudilərinin sinaqoqu ilə də tanış olublar. Dağ yəhudiləri dini icmasının sədri qonaqlara geniş məlumat verib.
Almaniya təmsilçisi Birgit Vetzel qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyi pozan amildir. Münaqişə həll olunarsa, bu region daha sabit və daha təhlükəsiz olacaq.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələrinə gəldikdə, heç bir sözə əməl edilməmişdir. Azərbaycanda çox qaçqın və məcburi köçkün var, biz bunu bilirik. Ermənistan səfərindən danışan Vetzel bildirib ki, Azərbaycanla Ermənistan arasında çox fərq var.
Alman jurnalist regionda siyasi vəziyyəti daha mürəkkəb hesab edir. "Həmçinin bölgədə bəzi böyük dövlətlərin bu məsələylə bağlı öz maraqları var. Bu problemi həll etmək üçün BMT-nin və maraqlı tərəflərin birgə iştirakı ilə dəyirmi masa lazımdır”, deyə o əlavə edib.
İngiltərə nümayəndəsi Shahid Qureshi öz çıxışı zamanı qeyd etmişdir ki, “90-cı illərdə baş verən ən faciəli münaqişədir, minlərlə insan öz həyatını itirmişdir. Düşünürəm ki, qonşu ölkələr bu münaqişənin həllində daha yaxından iştirak etməli və Azərbaycan ictimaiyyətlə daha sıx əməkdaşlıq etməlidir”.
Belçikalı jurnalist Anna Olegovna Vvedenskaia da bu barədə fikrini bildirib “ Mən Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanıram. Ona görə ki, Azərbaycan Avropa ailəsinin bir hissəsidir.Bu problem Beynəlxalq qanunları ciddi şəkildə pozur. Dağlıq Qarabağ münaqişəsi xalqın faciəsidir.Biz bu faciəni Beynəlxalq aləmə çatdırmaq üçün burdayıq və əlimizdən gələn köməkliyi göstərəcəyik”.
Qonaqlar təklif etdilər ki, Qarabağ probleminin dünyada tanınması üçün belə layihələrin ara-sıra həyata keçirilməsi mühüm məsələdir.Məsələnin işıqlandırılması ilə bağlı ən böyük vəzifə KİV-lərin üzərinə düşür. Jurnalistlər bu mövzuda mümkün qədər həssas və diqqətli olmalıdır. Nəzərdə alınmalıdır ki, düşmən tərəf də KİV-dən təbliğat vasitəsi kimi istifadə edir. Onlar erməni tərəfinin manevrlərini öncədən sezməli və ya bunun qarşısını almalı, ya da bununla bağlı strategiya seçməlidir.
Qeyd etmək istərdik ki, “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib: "Düşünürəm ki, Azərbaycanın beynəlxalq ictimaiyyət üçün hesablanmış addımlarında mövcud həqiqətlərin qabardılması ən əsas istiqamətimizdir və bu mövzuda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.









 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info