4 il sonra Çin dünyanın aparıcı ticarət dövlətinə çevrilə bilər
Tarix: 11.02.2013 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Ötən ilin yekunlarına görə, Çin, İkinci dünya müharibəsindən sonra ticarət sahəsində öndə gedən ABŞ-ı arxada qoyaraq dünya ticarətinin liderinə çevrilib.
ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, 2012-ci ildə ABŞ-ın ixrac və idxalı 3,82 trilyon dollar təşkil edib. Çin Xalq Respublikasında isə ticarətin həcmi 3,87 trilyon dollar təşkil edib.
“Goldman Sachs Group” qeyd edir ki, Çinin artan təsiri regional ticarət bloklarına mənfi təsir göstərə bilər. Belə ki, alman mallarının ÇXR-ə ixracı Fransa üzrə ixracı iki dəfə üstələyəcək.
Amerika iqtisadiyyatının göstəricilərinə görə isə, onların iqtisadi göstəriciləri iki dəfə Çin iqtisadiyyatını üstələyir. Dünya bankının məlumatına görə, 2011-ci ildə ABŞ-ın ümumdaxili məhsulu (ÜDM) 15 trilyon dollar təşkil edirdisə, Çin iqtisadiyyatı isə 8,3 trilyon dollar civarında idi.
2016-cı ildə isə Çin, dünyanın ən böyük enerji istehlakçısı və ən böyük valyuta ehtiyatlarının sahibi statusunu qorumaqla yanaşı, həmçinin, dünyanın aparıcı ticarət dövləti ola bilər. Çin Dövlət İnvestisiya Fondu “China İnvestment Corp”-un məlumatına görə, Çin iqtisadiyyatı 2013-cü ildə 8%-dən çox arta bilər.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək
22.01.2019
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq
22.01.2019
Sumqayıt Kimya Sənaye Parkında bu il daha 5 müəssisə istismara veriləcək
22.01.2019
Bu il 39 müəssisə istifadəyə veriləcək, minlərlə yeni iş yeri yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info