Hacıqabulda 100 yerlik uşaq bağçası istifadəyə verilib
Tarix: 27.10.2015 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hacıqabulda inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə verilib. Şəhərin İsmət Qayıbov küçəsində yerləşən bağçanın təməli ötən ilin martında qoyulub. İkimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların tərbiyəsi üçün bütün imkanlar yaradılıb.
Təhsil ocağında dörd qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun özünün məşğələ, oyun, kompüter, yataq otaqları və yeməkxanası var. Müasir tələblər səviyyəsində inşa edilən bağça ayrıca havalandırma, isitmə və soyutma sisteminə malikdir, yeni avadanlıq və inventarla təchiz edilib.
Məktəbəqədər təhsil müəssisinin ərazisi də abadlaşdırılıb, balacaların əylənmələri üçün müxtəlif qurğular quraşdırılıb.
Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov bildirib ki, bu gün Azərbaycanda uşaqlar dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə uğurlu dövlət siyasəti həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda reallaşdırılan mühüm layihələrdən də danışan Ə.Muxtarov qeyd edib ki, son iki ildə rayonda 1 bağça əsaslı təmir edilib, 2 yeni məktəb binası tikilib, 3-ü isə əsaslı təmir olunub. Bu bağça da Fondun balacalara daha bir töhfəsidir. Sakinlər gələcəyimiz olan uşaqlara göstərilən qayğıya görə dövlət başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonda mərasim iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sinoptiklər xəbərdarlıq edirlər...
23.01.2019
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019
Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info