ARGTMŞ seçkilər qabağı MSK-ya məlumat turu təşkil edib
Tarix: 28.10.2015 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan növbəti məlumat turu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (MSK) keçirilib. Məlumat turu ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının iştirakı ilə baş tutub.
Tur zamanı iştirakçılara rəhbərlik tərəfindən müstəqil Azərbaycan dövlətinin vacib qurumlarından olan Mərkəzi Seçki Komissiyasının yaranma tarixi, görülmüş işlər və perspektiv planlar haqqında ətraflı məlumat verilib. Daha sonra müxtəlif növ seçki və referendumların hazırlanması və keçirilməsi, seçki bülletenləri, seçici siyahıları, səsvermə protokolları və referendum sənədlərinin tərtib edilməsi qaydalarından danışılıb. Məlumat turunda gənclər MSK-nın özünü idarəetmə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sisteminin təşkili, seçki və referendumlar zamanı səsvermənin nəticələrinin müəyyən edilməsi, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar təlimlərin təşkili barədə müvafiq informasiyalar təqdim olunub.
Məlumat üçün qeyd edək ki, ARGTMŞ gənclər təşkilatları arasında ölkənin tarixi, mədəniyyəti, incəsənəti, innovativ və müasir texnologiyalarının təbliği və onların məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq məlumat turları həyata keçirir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”, “Quba Soyqırımı Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə məlumat turları təşkil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info