Jan-Fransua Manselin: “Azərbaycanın seçki təcrübəsi daha da təkmilləşir”
Tarix: 28.10.2015 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Azərbaycanda müstəqillik tarixinin beşinci parlament seçkiləri keçirilir. Bu gənc, demokratik ölkə üçün fürsətdir. Hər parlament seçkilərində seçki təcrübəsi daha da təkmilləşir, plüralizm möhkəmlənir. Bu seçkilərdə də eyni hal müşahidə olunacaq. Ümid edirəm ki, müşahidəçilər və şərhçilər ikili standartlardan uzaq olacaqlar. Bu fikirləri “Secki-2015.az” saytına açıqlamasında Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin deyib.
Milli Assambleyanın üzvünün sözlərinə görə, Azərbaycana qarşı qarayaxma cəhdləri edən dairələr unudurlar ki, onların özlərinin parlamentarizm təcrübələri bəzən kifayət etmir. Bunu edənlər öz tarixləri boyu Azərbaycanın qarşılaşdığı çətinliklərlə və təzyiqlərlə üz-üzə gəlməyiblər.
Jan-Fransua Manselin deyib ki, müasir demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da icraedici hakimiyyət ölkənin siyasi xəttinin müəyyən edilməsində ciddi rol oynayır. Buna görə də parlament seçkilərinin müzakirə meydanına çevrilməsi vacibdir. Eyni zamanda, ölkənin digər vacib məsələləri var ki, onların da öhdəsindən gəlmək o qədər də asan deyil. Bu məsələlərə gərgin beynəlxalq şəraitdə müstəqilliyin qorunub saxlanması, işğal altında olan torpaqların geri qaytarılması və bütün bunların fonunda beynəlxalq əlaqələrin inkişafı daxildir”.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info