“Azərbaycana qarşı təzyiq cəhdləri demokratik prinsiplərə ziddir”
Tarix: 28.10.2015 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


“Azərbaycana qarşı təzyiq cəhdləri demokratik prinsiplərə ziddir”. Bu sözləri “Secki-2015.az” saytına açıqlamasında Türkiyənin tanınmış QHT rəhbəri, Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru Gözde Dizdar bildirib.
Azərbaycandakı seçki mühitini dəyərləndirən türkiyəli QHT rəhbəri söyləyib ki, son illərin proseslərini nəzərə alsaq, bu gün Azərbaycan təkcə bölgənin deyil, dünyanın ön sıralarda qərar tutan ölkələrdən biridir: “Bu da Azərbaycan rəhbərliyinin uğurlu siyasəti nəticəsində əldə edilib. Mən 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdim və olduğum məntəqələrdə seçkilərin şəffaf keçirildiyinin şahidi oldum. İnanıram ki, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri yüksək səviyyədə təşkil olunacaq. Həmin gün Türkiyədə də seçkilər keçiriləcək. Hər iki ölkədəki seçkilərdə xalq istədiyi, layiq olan şəxsləri seçəcək”
G. Dizdar Azərbaycanda seçki prosesinə hazırlığı yüksək qiymətləndirib: “Seçki prosesini diqqətlə izləyirik. Sosial şəbəkələrdə namizədlərin təbliğat-təşviqat kampaniyasını müşahidə edirik. Seçkilərə kifayət qədər gənc, intellektual şəxslər qatılıblar. Bəzi Avropa qurumları seçkiyə müşahidəçi göndərməməklə prosesi baykot etmək istəyirlər. Lakin, elə Avropanın özündən, Türkiyədən Bakıya xeyli müşahidəçilərin gələcəyi artıq bəllidir. Fikrimcə, baykot edən tərəf aqressivlik göstərməkdənsə, Azərbaycan dövləti ilə yaxınlaşıb münasibətlərini dostcasına davam etdirsə daha məqsədəuyğun olar”.
Türkiyəli QHT rəhbəri bildirib ki, hər şeydən öncə Azərbaycanda etibarlı, sabit vəziyyətin olması çox vacibdir.
“Bu gün Türkiyədə baş verən gərgin daxili proseslər, terror aktları həqiqətən siyasi sabitliyin dəyərini insanlar üçün xeyli artırmış olur. Bizdən fərqli olaraq Azərbaycan dövləti bunu təmin etməyi bacarıb. Bunu qiymətləndirməmək haqsızlıq, ədalətsizlikdir. Bütün bunları nəzərə alsaq Azərbaycana qarşı təzyiqlər demokratik prinsiplərə ziddir. Biz Azərbaycanda ədalətli seçkinin baş tutacağına inanırıq”,- deyə G. Dizdar qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub
24.04.2019
Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər
24.04.2019
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Yanla görüşüb
24.04.2019
YAP-ın qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib
23.04.2019
Bürokratik əngəllər aradan qaldırılmalı, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info