“Hakimiyyətin əsas məqsədi azad, şəffaf və demokratik seçkilər keçirməkdir”
Tarix: 28.10.2015 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


“Azərbaycan hakimiyyətinin əsas məqsədi azad, şəffaf və demokratik seçkilər keçirməkdir. Bunun üçün Azərbaycanda həm siyasi, həm də qanunverici baza mövcuddur”. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov rusiyalı jurnalistlərlə görüşdə belə deyib.
Baş nazirin müavini bildirib ki, ölkəmizdə demokratik seçki mühiti mövcuddur və hazırkı ictimai-siyasi vəziyyət də şəffaf seçkilərin keçirilməsinə imkan verir.
YAP-ın seçkilərdən gözləntilərinə gəlincə, Əli Əhmədov bildirib ki, hakim partiya 5 il əvvəl qazandığı uğurları bu seçkilərdə də təkrarlamaq niyyətindədir.
“Ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində Azərbaycanın qazandığı nailiyyətlər partiyanın hər bir namizədinə təbliğat-təşviqat mərhələsini uğurla aparmağa, ən əsası YAP-ın seçkilərdə qələbəsinə böyük əsas yaradır. Ötən seçkilərdə YAP-ın 71 namizədi parlamentə mandat qazandı. Bu isə Milli Məclisdəki yerlərin 60 faizi deməkdir. Bu seçkilərdə də qələbəni təkrarlamaq imkanımız var”,- deyə Ə. Əhmədov qeyd edib.
YAP-ın sədr müavini bəzi beynəlxalq qurumların, xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının seçkiləri izləməkdən imtina etməsinə də toxunub. “Mən bilmirəm, bu təşkilat hansı əsasla belə bir qərar verib. Amma düşünürəm ki, bunun seçkilərə heç bir təsiri olmayacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info