Fuad Əlizadə: “Azərbaycanda işsizlik səviyyəsi 4,9 faizə enib”
Tarix: 28.10.2015 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransına hazırlıq mərhələsi kimi, əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası keçirilib. İclasda əmək ehtiyatlarından dolğun istifadənin reallaşdırılması, xüsusən gənclərin məşğulluğunun dəstəklənməsi, iş yerlərində əməyin təhlükəsizliyi və sağlamlığı ilə bağlı üzv ölkələrdə mövcud vəziyyət, bu sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə iclasda çıxış edərək, qeyd olunan məsələlərin həlli ilə bağlı ölkəmizdə aparılan siyasət və əldə olunan nailiyyətlər barədə məlumat verib. Qlobal əmək bazarında vəziyyətin kifayət qədər kövrək olaraq qaldığını qeyd edən F.Əlizadə Beynəlxalq Əmək Təşkilatının hələ 2013-cü ilə dair statistikasına görə, dünyada 202 milyon nəfər işsiz insan, o cümlədən 74,5 milyon nəfər işsiz gənc olduğunu, gənclər arasında işsizlik səviyyəsinin 13,1% təşkil etdiyini bildirib: “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə həm ümumi əhali, həm də gənclər arasında məşğulluq səviyyəsi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə xeyli aşağı olaraq qalır. Hələ 2012-ci ildə gənclər arasında işsizlik səviyyəsi dünya üzrə 12,6 faiz olduğu halda, İƏT ölkələri üzrə 15,6 faiz təşkil edib”.
Azərbaycan əhalisinin 28%-nin gənclərdən ibarət olduğunu qeyd edən F.Əlizadə gənclərin məşğulluğunun ölkəmiz üçün də aktual olduğunu diqqətə çatdırıb: “Aparılan uğurlu siyasət ümumi işsizlik səviyyəsinin Azərbaycanda 4,9 faizə enməsinə səbəb olub. Bu göstərici 15-29 yaşda gənclər arasında 9,9 faiz, 15-24 yaşda olan şəxslər arasında isə 13,5 faiz təşkil edir ki, bu da dünya üzrə müvafiq göstəricilərdən aşağıdır. Ölkədə gənclərin məşğulluğunun təmin olunması istiqamətində fəal siyasət həyata keçirilir, bu sahədə beynəlxalq konvensiya və qətnamələrin müddəaları diqqətdə saxlanılır, gənclər üçün daha yaxşı təhsil və məşğulluq imkanlarının təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyan bir sıra dövlət proqramları icra olunur”.
İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin dövlətlərin davamlı iqtisadi artımına mənfi təsir göstərdiyini nəzərə çatdıran F.Əlizadə bunun əməyin təhlükəsizliyi və sağlamlığının təmin olunmasını prioritet məsələlərdən birinə çevirdiyini diqqətə çatdırıb: “Azərbaycanda Dövlət Əmək Müfəttişliyi Xidməti sosial tərəfdaşlar və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təbliği məqsədilə ardıcıl tədbirlər görür, "Təhlükəsiz iş ay"lıqları üzrə maarifləndirmə kampaniyaları aparılır. Bu mövzuda tədqiqatlar aparılır, seminarlar, dəyirmi masalar, əməyin mühafizəsi mütəxəssisləri üçün treninqlər təşkil edilir. Görülən tədbirlər nəticəsində 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5% azalıb”.
F.Əlizadə Təşkilatın Əməyin təhlükəsizliyi və sağlamlığının qorunması üzrə şəbəkəsinin, habelə Dövlət Məşğulluq Xidmətləri şəbəkəsinin, onlar tərəfindən yerinə yetirilmiş layihələrin və tədbirlərin əhəmiyyətini də vurğulayıb.
Qeyd edək ki, dünən İndoneziya Respublikasının Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransı öz işinə başlayıb. Oktyabrın 30-na kimi davam edəcək tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info