“Qərbin Azərbaycana qarşı olan iradlarını başa düşə bilmirəm”
Tarix: 28.10.2015 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


“Məndə olan məlumata görə, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 9 partiya iştirak edəcək. Bu isə, elektorat üçün böyük seçim imkanı deməkdir”. Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının təmsilçisi Roman Xudyakov “Secki-2015.az” saytına açıqlamasında belə deyib.
Bildirib ki, azərbaycanlıların yüksək siyasi mədəniyyət səviyyəsi, eləcə də prezident İlham Əliyevin konstruktiv və diplomatik siyasəti ölkə daxilində və bütövlükdə regionda kompromis tapmağa imkan verir.
“Seçkilərdə ciddi nəzarət tədbirlərinin görülməsi, məsələn, barmaq izlərinin yoxlanması böyük əhəmiyyət kəsb edir. Seçkiləri onlarla beynəlxalq müşahidəçi izləyəcək. Əminəm ki, noyabrın 1-də baş tutacaq seçkilər açıq, şəffaf rəqabət mühitində keçiriləcək. Bu seçkilər ölkənin növbəti illərdə inkişafını təmin edəcək”,- deyə o qeyd edib.
Qərbin Azərbaycana qarşı təzyiqlərinə gəlincə, rusiyalı deputat bunun ölkənin müsbət imicinə təsir edəcəyini inandırıcı hesab etmir. “Azərbaycanın öz adət-ənənəsi və baxışı var. Qərbin və ABŞ-ın baxışı daha fərqlidir.
Hansısa ölkə öz baxışlarını Azərbaycan kimi zəngin mədəniyyəti olan ölkədə tətbiq edə bilməz. Ümumiyyətlə, mən Qərbin Azərbaycana qarşı olan iradlarını başa düşə bilmirəm”, - deyə Xudyakov bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“
20.09.2019
İİTKM-in departament rəhbəri Nicat Hacızadə: Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət dəyərləndirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info