40 avroya Mcarıstana gedə biləcəyik
Tarix: 28.10.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası və Macarıstan-Polşa büdcə aviaşirkəti "WizzAir" Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə mütəmadi reyslərin bərpa edilməsi barədə razılığa gəliblər.
Məlumata görə, bu məqsədlə "WizzAir" və "Ground Handling Company" arasında reyslərə xidmət göstərilməsinə dair saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən "Ground Handling Company"nin rəhbəri İlqar Ələkəbərov, "WizzAir" tərəfindən isə aviaşirkətin baş direktoru Yojef Varadi imzalayıb.
Saziş əsasında "WizzAir" 2016-cı ilin martından Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə mütəmadi reyslərin həyata keçirilməsinə başlayacaq. Aviaşirkət əvvəlcə reysləri həftədə bir dəfə reallaşdıracaq, yayda isə onların tezliyini həftədə ikiyədək artıracaq.
Əldə edilmiş razılığa əsasən, "WizzAir" bütün il ərzində Budapeşt-Bakı-Budapeşt mütəmadi reyslərini həyata keçirməyi üzərinə götürür.
Y.Varadi çıxışında qeyd edib ki, uçuşlar martın 27-dən başlayacaq: “Biletlər artıq satışdadır. Bir istiqamətə biletin qiyməti 39,99 avrodan başlayır. Reyslər çərşənbə günündən cümə axşamına və bazar günündən bazar ertəsinə keçən gecə saatlarında həyata keçiriləcək”.
“Ground Handling Company”nin rəhbəri isə öz növbəsində deyib ki, müqavilənin müddəti 2019-ci ilin aprelinədəkdir. Reyslər “Airbus” təyyarələri ilə həyata keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info