Gənclərimiz seçki prosesində əsas hərəkətverici qüvvədir
Tarix: 28.10.2015 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Şəmsi Gülverdi |

Gənclər cəmiyyətdə böyük rola malikdirlər. Bu qüvvəni cəmiyyətin bütün sahələrində hiss etmək olar. Gənclərin ölkə həyatına inteqrasiya etməsinə əsasən həmin cəmiyyətin dinamiklik səviyyəsini ölçmək olar. Bu səbəbdən gənclər sahəsi özünə xüsusi diqqət tələb edir. Eyni zamanda sözügedən sahə digər sahələrə nisbətən daha dinamik və tezdəyişəndir. Bu isə öz növbəsində gənclərlə işin daha diqqətli aparılmasını tələb edir.
Gənclər siyasəti özü böyük tədbirlər sistemi, böyük bir tədbirlər planıdır. Ümumilikdə gənclər siyasəti dediyimiz anlayışa ayrı-ayrılıqda elm, təhsil, idman, asudə vaxt, yaradıcılıq, fərdi inkişaf, təcrübə, vətənpərvərlik, təhlükəsizlik və s. bölmələr daxildir. Bütün bu sahələrdə fəaliyyət müəyyən ardıcıllıq və sistemlilik tələb edir. Məhz Prezident İlham Əliyevin uğurlu və düzgün strategiyalı siyasətinin nəticəsidir ki, bu siyasət öz bəhrələrini artıq çoxdan verməyə başlayıb, gənclər sahəsi dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib.
Sadalanan sahələrdə fəaliyyət göstərən gənclərimizlə yanaşı ölkənin siyasi həyatında fəal iştirak edən gənclərimiz də az deyil. Sevindirici haldır ki, əksər gənclərimiz öz vətəndaş hüquq və vəzifələrini bilir, bu hüquqlarla hərəkət etməyi bacarırlar. Bildiyimiz kimi, artıq V çağırış parlament seçkilərinin keçirilməsinə sayılı günlər qalıb və çoxsaylı gənclərimiz seçki prosesinə qoşulublar. Seçki prosesi çoxşaxəli prosesdir və bu prosesdə müxtəlif formada iştirak mövcuddur. Gənclərimiz seçki prosesinin bütün sahələrində iştirak edən əsas hərəkətverici qüvvədir. İstər namizəd kimi, istər təbliğat və təşviqat kampaniyalarında, istərsə də fəal seçici kimi gənclər bu prosesdə aktiv fəaliyyət göstərirlər. Məlum prosesdə göstərilən bütün işlərin özünəməxsus məsuliyyəti var və gəncliyimiz bu məsuliyyəti anlayıb, dərk edərək həmin işlərdə iştirak edirlər.
Hesab edirəm ki, bir cəmiyyətin bütün sahələrində, eləcə də ictimai-siyasi işlərində gənclərin fəallıqla iştirak etməsi həmin dövlətdə olan demokratik ab-havanın, sağlam rəqabətin formalaşmış olmasından xəbər verir. Yalnız onu demək kifayət edər ki, V çağırış Milli Məclisə keçirilən seçkilərdə indiyə qədər olmamış sayda gənclərin namizədliyi qeydə alınıb. Bu, dövlətin idarəçilikdə müasirləşməyə, gənclərin dövlət idarəçiliyinə cəlb olunmasına nə qədər önəm verdiyinin göstəricisidir. Hamımıza məlumdur ki, xüsusilə XXI əsr Azərbaycan gəncliyi ötən dövrlərə nisbətən daha məsuliyyətli və gələcəyə yeni hədəflərlə baxan gənclikdir. Son illər gənclərin ölkə və dünya miqyasında təşkilatlanmasına yaradılan şərait nəticəsində onlarla qeyri-hökumət, gənclər təşkilatlarının formalaşdırılması Azərbaycan gənclərinin geniş ideya platformasının dünya arenasında açıqlanmasına stimul verməkdədir. Avropanın mədəniyyət mərkəzlərində təşkil olunan gənclər forum, konfrans və seminarları, aksiya və yürüşlər, beynəlxalq təhsil və gənclər mübadiləsi proqramları Azərbaycanın dünyada suveren dövlət kimi imicinin formalaşdırılması, eyni zamanda diaspor fəaliyyətinin genişləndirilməsinə səbəb olub. Yuxarıda sadalanan tədbirlər vasitəsilə Azərbaycanın vətənpərvər gəncləri Vətənimizin haqq səsini bütün dünyaya yaymaqdadır.
Gənclərimizin bütün sadalanan sahələrdə inkişafının başlıca səbəbi ölkəmizdə olan davamlı inkişaf, sosial rifahın yaxşılaşması, onların çoxşaxəli inkişafı, sağlam həyatı üçün yaradılmış şəraitdir. Müasir gənclərimiz savadlı, dostu düşməndən, ağı qaradan ayırd etməyi bacaran gənclərdir.
Əminliklə söyləyə bilərəm ki, 1 noyabr parlament seçkilərində Azərbaycan gəncliyi bu davamlı inkişafa, işıqlı gələcəyə, inamlı sabaha – bir sözlə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək. Bütün varlığımla Azərbaycan xalqının, o cümlədən Azərbaycan gəncliyinin bu tarixi sınaqdan da üzüağ çıxacağına inanıram!
Bir gənc kimi Azərbaycan Respublikasının vətəndaşı olmaqdan, Azərbaycan gənci olmaqdan qürur duyuram, Vətənimlə fəxr edirəm! Bu qüruru mənə və mənim kimi bütün gənclərimizə yaşatdığı üçün cənab Prezident İlham Əliyevə isə təşəkkür edirəm.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info