“Erməni soyqırımı” sənədi diasporumuzun etirazından sonra ləğv olunub
Tarix: 28.10.2015 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Ukraynanın Dnepropetrovsk Şəhər Şurasının sentyabrın 30-da keçirilən iclasında qondarma erməni soyqırımı barədə qəbul olunan sənəd ləğv olunub.
Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev bildirib ki, şəhər meriyası sənəddən irəli gələn qərarların tətbiqinə veto qoyub və bununla qəbul edilmiş sənədin qüvvədən düşdüyünü bildirib. Q. Hacıyevin sözlərinə görə, sənədin qəbulundan sonra bütün ölkə üzrə Azərbaycan diasporunun kütləvi etirazı, vilayətdəki digər etnik xalqların da dəstək verdiyi ictimai qınaq şəhər meriyasını belə addım atmağa vadar edib: “Bu sənədin qəbulunda fəallıq göstərən şəhər meri əvəzi Qalina Bulavka Azərbaycan diasporunun haqlı basqısından sonra məcbur olub veto hüququndan istifadə etdi və sənədi ləğv etdi”.

Qeyd edək ki, həmin iclas zamanı Q. Bulavka gündəlikdəki 8 məsələyə bir yerdə səs verilməsini xahiş edib. Deputatlar təqdim olunan sənədlərə toplu halda, müzakirəsiz səs veriblər. Səsvermədən sonra Şəhər Şurasının deputatı Sergey Vorobyov qəbul olunan sənədlər arasında uydurma “erməni soyqırımı”nın tanınmasına dair sənədin də yer aldığını görüb və etirazını bildirib. Vorobyovun narazılığının kütləvi etiraza səbəb olduğunu görən Q. Bulavka tələsik iclası bağlı elan edib. Bundan sonra Azərbaycan diasporu, o cümlədən Ukrayna Millətlər Assambleyasında təmsil olunan 50-yə yaxın etnik xalqları təmsil edən təşkilatlar Ukrayna prezidentinə və Ali Radaya etiraz müraciəti edib, sənədin ləğv olunmayacağı təqdirdə Dnepropetrovska kütləvi yürüş təşkil olunacağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info