Azərbaycan İslamabad Əl-Farabi Mərkəzinə əlil arabaları və digər avadanlıqlar verib
Tarix: 28.10.2015 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Bu gün Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, əlil uşaqların təhsil aldığı İslamabad Əl-Farabi Mərkəzində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi, Azərbaycanın Pakistandakı səfirliyi və Azərbaycan-Pakistan Gənclər Forumunun təşkilatçılığı ilə mərasim keçirilib.
Səfirlikdən verilən məlumata görə, tədbirdə Pakistanın paytaxt idarəçiliyi və inkişafı üzrə naziri, Pakistan Milli Məclisinin üzvü Usman İbrahim, Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədri xanım Nuzhat Sadiq, senatorlar Nacma Həmid, Fərəh Aqil, Pakistanın Sosial Rifah və Xüsusi Təhsil Nazirliyinin Xüsusi təhsil idarəsinin rəisi xanım Naimə Büşra, Əl-Farabi Mərkəzinin direktoru Şabbir Navaz, Pakistanda akkreditə olunan xarici ölkə diplomatları, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Məhəmməd Asif Nur, media mənsubları və əlil uşaqlar iştirak ediblər.
Mərasimdə ali qonaq qismində çıxış edən nazir U.İbrahim Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətt üzrə inkişafından, iki dövlət və xalq arasında bərqərar edilmiş səmimi münasibətlərdən söz açıb, bunun təzahürü olaraq Azərbaycan hökumətinin Pakistanın əlil uşaqlarına təmənnasız yardım göstərdiyini vurğulayıb, təşəkkürlərini ifadə edib. Nazir çıxışında həm dövlət səviyyəsində reallaşan, həm də Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyriyyəçilik layihələrinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını, xalqlarımız arasında qarşılıqlı sevgi yaratdığını diqqətə çatdırıb.
Xüsusi təhsil idarəsinin rəisi xanım N.Büşra nitqində əlil uşaqların xüsusi təlim və qayğıya ehtiyacı olduğunu, bu yolda fəaliyyət göstərən insanların yüksək mənəviyyat və ali mədəniyyətə yiyələndiklərini qeyd edib, nəcib xeyirxahlığa görə Azərbaycan xalqına, dövlətinə, Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin dərin minnətdarlığını bildirib.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxışında Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin təhsil və səhiyyənin inkişafı, yoxsulluqla mübarizə, humanitar yardım sahələrində dövlətlər tərəfindən irəli sürülən layihələrə dəstək verdiyini, bu istiqamətdə Pakistanla bir sıra layihələr üzrə əməkdaşlıq etdiyini nəzərə çatdırıb. Səfir, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda mühüm xeyriyyəçilik işləri görüldüyünü, birinci xanımın Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif olunmasının Pakistanın bu fəaliyyətləri yüksək qiymətləndirdiyini, xalqımıza qarşı hörmət mahiyyəti daşıdığını deyib.
Daha sonra D.Şikarov Azərbaycan Respublikası Beynəlxalq İnkişafa yardım Agentliyinin adından əlil arabalarını və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazimatları Əl-Farabi Mərkəzinə təqdim edib.
Tədbirin sonunda Mərkəzdə təhsil alan uşaqlar müxtəlif mahnı və rəqslər ifa edib, qabiliyyətlərini nümayiş etdiriblər. Uşaqlar evinin sakinləri və burada çalışan texniki heyətin şərəfinə ziyafət verilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info