Türk Standartları İnstitutunun (TSİ) prezidenti BANM-də oldu
Tarix: 28.10.2015 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) prezidenti Sebahittin Korkmaz, TSİ-nin baş katibi Mehmet Bozdemir, TSİ-nin Azərbaycan üzrə təmsilçisi Selim Çelebi ilə BANM-in rəhbərliyi və professor-müəllim heyətinin görüşü keçirilib.
BANM-in rektoru Elmar Qasımov qonaqları ali məktəbdə görməkdən məmnunluğunu bildirib. O, BANM-in fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlərin görüldüyünü deyib. Rektor İSO-nun üç modulu üzrə beynəlxalq sertifikata sahib olan ali məktəbdə bütün beynəlxalq standartların tətbiq edilməli olduğunu bildirib. O, BANM-in bu istiqamətdə TSİ-nin strukturları ilə əməkdaşlığının vacib olduğunu vurğulayaraq bunun inkişafa apardığını qeyd edib.
TSİ-nin prezidenti Sebahittin Korkmaz Azərbaycana ilk dəfə gəldiyini deyərək Bakıda və BANM-də olmasından məmnun olduğunu bildirib. O, BANM-in qısa müddətdə beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurumla BANM arasında olan əməkdaşlığın inkişaf etdiriləcəyindən əminliyini ifadə edib. İnformasiya təhlükəsizliyi ilə bağlı TSİ-nin təlimlərinin vacibliyini vurğulayan qonaq qarşılıqlı əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını deyib. O, bu əməkdaşlığın ikitərəfli münasibətlərin qurulmasına imkan verəcəyini bildirib.
Sonda qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç modulu - ISO 9001 "Keyfiyyət İdarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi" üzrə beynəlxalq sertifikatlara sahib olub. 2014-cü ilin dekabrında TSİ-nin auditorları beynəlxalq standartların BANM-də tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirərək BANM-in bütün struktur bölmələrində dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq keyfiyyətin təminatı, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin tətbiq edildiyini təsdiqləyib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info