Baş Prokurorluq: “Elsevər Abdullayev süründürülməçiliyə yol verib“”
Tarix: 28.10.2015 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Baş Prokurorluq Elşad Abdullayevin prokurorluq orqanlarından xaric edilən qardaşının işində yol vermiş olduğu nöqsanlarla bağlı açıqlama yayıb.
"Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsində işlədiyi müddətdə onun barəsində dəfələrlə intizam tənbehi tədbirləri tətbiq edilib"
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Baş Prokurorluğun sabiq əməkdaşı Elsevər Abdullayev peşəkar, çox savadlı hüquqşünas kimi qələmə verilərək onun prokurorluq orqanlarından əsassız və qanunsuz xaric olunması barədə informasiyalar dərc edilib: “Həmin məlumatlar reallıqdan uzaq olduğundan tərəfimizdən təkzib edilir. Göstərilənlərlə əlaqədar bildiririk ki, E.Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsində işlədiyi müddətdə dəfələrlə əmək, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə görə barəsində intizam tənbehi tədbirləri tətbiq edilib.
Bundan başqa, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsi üzrə vəzifə bölgüsünə dair sərəncamla konkret rayon prokurorluqlarında istintaq edilən cinayət işlərinə və araşdırma materiallarına prokuror nəzarətinin həyata keçirilməsi həvalə olunmuş E.Abdullayev xidməti və icra intizamının kobud surətdə pozulması hallarına yol verdiyi üçün idarə rəhbərliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, tənqidi nəticə çıxarmayıb. Eyni zamanda o, öz işini Baş Prokurorluq üzrə “Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında” əmrin tələblərinə uyğun qurmayıb.
Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən E.Abdullayev tabe prokurorluqlardan idarəyə daxil olmaqla öyrənilməsi ona həvalə edilmiş materiallar, icraatda olan və icraatına xitam verilmiş cinayət işləri üzrə qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığının yoxlanılması məqsədi ilə ona tapşırılmış cinayət işlərinin hər birini əsassız olaraq bir ay yarımdan artıq müddətdə özündə saxlayıb süründürülməçiliyə yol verməklə ciddi pozuntulara yol verib.
Göstərilənlər nəzərə alınaraq və aparılmış xidməti yoxlamanın nəticəsi olaraq E.Abdullayev prokurorluq orqanlarından xaric edilib.
Prokurorluq orqanları əməkdaşlarının məsuliyyətinin yüksəldilməsi, xidməti və icra intizamının gücləndirilməsi, ciddi nəzarət mexanizminin təmin olunması hər bir əməkdaşdan tələb edilməklə yanaşı, xidməti, icra və əmək intizamının pozuntusu hallarına yol verən işçilərə qarşı Baş Prokurorluğun rəhbərliyi tərəfindən gələcəkdə də ən qəti tədbirlər görüləcək”.
Qeyd edək ki, Elsevər Abdullayev hazırda axtarışda olan ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşıdır.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info