Pəhləvanlarımızın rəqibləri məlumdur
Tarix: 28.10.2015 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Moskvada keçiriləcək Avropa Millətlər Kubokunda Azərbaycan pəhləvanlarının əsas rəqibləri Rusiya, Ukrayna və Türkiyə yığmalarının üzvləri olacaq.
Moskvaya Avropanın ən güclü pəhləvanları toplaşacaq.
Yunan-Roma və sərbəst güləş üzrə yarışlar noyabrın 7-8-də keçiriləcək. “Klassiklər” turnirində qələbə uğrunda Azərbaycan, Rusiya, Ukrayna, Almaniya, Belarus və Türkiyə yığmaları mübarizə aparacaqlar. “Sərbəstlər” turnirində isə Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Belarus və Polşa komandaları yarışacaqlar. Azərbaycan yığmalarının məşqçi qərargahı Avropa Millətlər Kubokunda çıxış edəcək komandanın ilkin tərkibini formalaşdırıb. Onu da qeyd edək ki, Rusiya Federasiyası Dağıstan Respublikasında keçirilən sərbəst güləş üzrə üç beynəlxalq turnirdə idmançılarımız 1 qızıl və 2 bürünc medal qazanıblar. Olimpiya, dünya və Avropa çempionu Hacımurad Məhəmmədovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə mübarizə aparan İslam Bazarqanov (54 kq) bütün rəqiblərindən üstün olub. Finala qədər keçirdiyi üç görüşü tam üstünlüklə başa vuran təmsilçimiz həlledici görüşdə qalib gəlib və qızıl medalı əldə edib. Dağıstanın dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda böyüklər arasında keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Pərviz İbrahimov fəxri kürsünün üçüncü pilləsində yer alıb. Digər təmsilçimiz Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) isə Yusup Abdusalamovun mükafatı uğrunda keçirilən turnirdə bürünc medala sahib olub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info